Prezident İlham Əliyevin ölkəmizin bölgələrinə səfərləri ənənəvi bir xarakter alıb. Bu səfərlər yeni iş yerlərinin, sosial obyektlərin, sosial infrastrukturun, yol və digər zəruri infrastrukturun açılışı ilə yadda qalır. Bir müddət öncə Prezident İlham Əliyevin Salyan-Neftçala rayonlarına səfərləri də bu qəbildən xüsusi ilə qeyd edilməlidir. Ona görə də, Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə təşkil edilən səfərləri həm görülən işlərini icra vəziyyəti ilə tanışlıq, həmnçinin yeni layihələrin həyata keçirilməsi ilə yaddaşlara həkk olunur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ölkə başçısının işğaldan azad edilmiş bölgələrimizə də hər səfəri burada yeni canlanma ilə müşahidə edilir: “30 il erməni barbarları tərəfindən işğalda saxlanılan tarixi ərazilərimizin daşı-daş üstündə qalmayıb. Ermənilər hər şeyi barbarcasına viran qoyub. Bütün evlər, binalar, məscidlər tarixi dini ocaqlar məhv edilib. Ərazilərdə mövcud olan bütün tikilər sökülərək tikinti materialı kimi Ermənistana və digər qonşu ölkələrə daşınıb. Azərbaycan öz ərazilərini işğaldan etdikdən sonra burada yenidən həyat canlanmağa başlayır. Bu mənada Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri xüsusi əhəmiyyət kəsb edir”.
Deputat bildirib ki, mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfər xüsusi önəm daşıyır: “Artıq Ağdamda müasir infrastruktur yaradılır. Rayon 30 illik qaranlıq dövrünü arxada qoymaqdadır. Dövlət başçısının Ağdama səfəri zamanı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyması da vacib əhəmiyyətə malikdir. Eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Eyni zamanda dövlətimizin başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub. Bütün bunlar onu deməyə əsas verir ki, Ağdam işğaldan sonra canlanır, yenidən qurulur, abadlaşır”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycan dövlətinin işğaldan sonra qısa zamanda bu ərazilərdə ən vacib infrastrukturu formalaşdırması bu ərazilərin əsl sahiblərinin kim olduğunu bütün dünyaya bəyan etmiş olub: “Artıq azad edilmiş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasına uyğun yaşayış konmlekslərinin ilk mərhələdə inşası başa çatıb. Zəngilanın Ağalı kəndində və Tərtərin Talış kəndində müasir inovvasiyaları özündə ehtiva edən “ağıllı kənd” konsepsiyasına uyğun yaşayış evləri tikilib-istifadəyə verilib. Bu evlərin sakinləri öz tarixi ata-baba torpaqlarına köçürülüb. Eyni zamanda qısa zamanda Füzulidə, Zəngilanda beynəlxalq hava limanlarının inşası, Laçında inşası davam edən beynəlxalq hava limanının isə əhəmiyyəti olduqca böyükdür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öz gücü və imkanları hesabına bu torpaqların əzəli sakinlərinin qısa zamanda öz ata-baba yurdlarına qayıtması üçün zəruri işləri yüksək səviyyədə icra edir”.