Hörmətli Seçicilərim,
Əziz Şəhidlərimizin əziz Valideynləri,
Qəhrəman Qazi və Veteranlarımız,
Dəyərli 21 saylı Nəsimi-Binəqədi rayon Seçiciləri
Əziz Şəhidlərimizin əziz Valideynləri,
Qəhrəman Qazi və Veteranlarımız,
Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayır və sonsuz hörmətimi bildirirəm.
Bugün – 9 avqust tarixindən başlayaraq, 1 sentyabrda ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat mərhələsinə start verildi. Sözsüz ki, seçki kampaniyasının ilk saatlarında, təbliğat və təşviqat tədbirlərini başlamazdan öncə elimizin adət-ənənələrinə və milli dəyərlərimizə uyğun olaraq ilk xeyir-duamı Fəxri Xiyabanda Çağdaş Dövlətimizin qurucusu və Banisi Ulu Öndərimiz Heydər Əliyevin məzarını, Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda həyatından və canından keçmiş Əziz Şəhidlərimizi ziyarət etməklə bərabər, Şəhidlərimizin bizə əmanət olan əziz valideynlərindən və rayonumuzun Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinskidən aldıq. İnşallah gələcəkdə də hər bir işimizdə ilk xeyir-duamızı məhz borclu olduğumuz, haqqını itirməyəcəyimiz bu müqəddəslik rəmzinə çevrilmişlərdən alacağıq. Bildiyimiz kimi bu seçkidə YAP tərəfindən irəli sürülmüş bütün namizədlərin ilk xeyir-duası mənsub olduğumuz Yeni Azərbaycan Partiyasının sədri tərəfindən verilmişdir. Buna görə də Partiyamızın Sədrinə sonsuz minnətdarıq və bu xeyir-duanın və etimadın nə demək, necə böyük məsuliyyət olduğunu başa düşürük. Və bu şərəfli və məsuliyyətli etimada görə Partiyamızın Sədri möhtərəm cənab İlham Əliyevə, eləcə də Sədrin Birinci müavini möhtərəm Mehriban xanım Əliyevaya ömür boyu borcluyuq və onların həyata keçirdikləri daxili və xarici siyasətin dəstəklənməsi yolunda sadiq yolçu olacağımıza və var qüvvəmizlə çalışacağımıza söz veririk. Bütün işlərimizdə hər zaman bizə dəstək verən Partiyamızın Mərkəzi Aparatının rəhbərliyinə və bütün kollektivinə, bütövlükdə YAP Ailəsinə, Partiyanın Nəsimi rayon təşkilatının hər bir üzvünə təşəkkür edirəm. Həqiqətən də seçkinin yüksək səviyyədə, mütəşəkkil formada keçməsində Partiyamızın Mərkəzi Aparatında, onun rayon təşkilatlarında, xüsusən də Nəsimi rayonunda yaranmış seçki qərargahlarının böyük zəhməti var və onların hər birinə ürəkdən təşəkkür edirəm. İnşallah Bismillah deyib, həyəcan və səbirsizliklə, bugündən YAP rayon təşkilatının qərargahında keçiriləcək ilk görüşümüzə,ilk dəfə səs verənlərlə görüşə başlayırıq. #Seçki2024
Hörmətlə, YAP-nın vahid siyahısı üzrə 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən irəli sürülmüş namizədi, millət vəkili Məlahət İbrahimqızı