Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il ötür. 2003-cü ildən başlayan uğurlu seçim son 20 ildə öz təsdiqini tapmışdır. Ötən 5 ildə də Prezident İlham Əliyev msilsiz xidmətləri ilə Azərbaycanın müasir tarixinə öz adını qızıl hərflərlə yazmışdır. Sözsüz ki, bu şanlı tarixin ən parlaq səhifəsi məhz bu 5 illikdə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsidir”.
Siyasetinfo xəbər verir ki, bu Milli Məclisidn deputatı Aqil Məmmədov deyib.
Millət vəkili bildirib ki, prezident seçkisinin növbədən kənar keçirilməsi zamanın tələbi idi: “Sonrakı proseslər də göstərdi ki, Azərbaycan böyük sınaqların astanasında idi. Bu baxımdan, İlham Əliyevin xalqdan aldığı mandatını yeniləyərək bu proseslərə başlaması dəqiq müəyyən edilmiş bir qərar idi: “Demokratik əsaslarla keçirilmiş seçkilərdə nəticədində cənab İlham Əliyev seçicilərinin 86,02 faizdən çoxunun səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu nəticə 2003-cü ildən davam etdirilən siyasətə Azərbaycan xalqının verdiyi müdrik qiymətin təzahüri idi. Bu seçinin nəticəsi göstərdi ki, Azərbaycan xalqı 1993-cü ildə olduğu ki, 2018-ci il seçkisində də onun xilaskarının kim olduğunu dəqiq bilir və ona səs verir, ona dəstəyini ifadə edir. İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. 2018-ci il seçkisini nəticələri göstərdi ki, xalqımız xaricdən qaynaqlanan, milli və dövlət maraqlarına qarşı çıxan qüvvələri birdəfəlik tarixin arxivinə gömüb”.
Millət vəkilinin sözlərinə görə, İ.Əliyevin son 5 illik prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə böyük uğarlara imza atıb: “Bunların önündə sözsüz ki, ilk növbədə 44 günlük Vətən müharibəsində qazandığımız qələbədir: “Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu: “Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Cənab Prezident müharibədə qazandığımız qələbə haqqında bu fikirləri bildirib: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
A.Məmmədov bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır: “Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq”. (Türküstan)