Azərbaycan əraziləri 30 ilə yaxın İranın açıq şəkildə dəstəklədiyi Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə bu ölkə təcavüzkara qarşı heç bir reaksiya verilmədi. İran bu gün özünün İslam dəyərlərinin hamisi hesab edirsə, Ermənistanın Azərbaycan ərazilərində müqəddəs dəyələri barbarcasına dağıdanda, məhv edəndə, təhqir edib məscidlərdə donuz saxlayanda öz səsini çıxarmalı idi. Amma bunun əksinə İran hər zaman olduğu kimi bu dəfə də Azərbaycana qarşı riyakar mövqedə dayandı.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, İran din pərdəsi adı altında Azərbaycanda terrorçular, yetişdirməyə çalışıb: “Özünün terror mahiyyətinə uyğun olaraq molla rejimi İslam dəyərlərinə zidd fəaliyyətlər göstərib. Azərbaycanın inkişafı, öz ərazilərini İranın birbaşa dəstəklədiyi Ermənistanın təcavüzündən xilas etməsi moll arejimini nədənsə narahat etməyə başlayıb. Sözsüz ki, İranı narahat edən digər amil Azərbaycanın bölgədə yaratmış olduğu yeni reallıqdır. Ölkəmiz bu gün regionda baş verən bütün proseslərdə aparıcı aktora çevrilib. Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir layihə reallaşa bilmir. Özünün ərazi bütövlüyünü bərpa edən soydaşlarının hüquq və azadlıqlarını təmin edən Azərbaycanın güclü, qətiyyətli obrazı İranın yuxusuna haram qatıb”.
Deputat hesab edir ki, bütün bunların fonunda Azərbaycanın dost, qardaş və tərəfdaş ölkələrlə formalaşdırdığı münasibətlərin İrana heç bir aidiyyatı yoxdur: “Azərbaycan müstəqil dövlət kimi öz milli maraqları kontekstində istənilən dövlətlə qarşılıqlı münasibətlər yarada, diplomatik əlaqələr formalaşdıra bilər. Bu müstəqil bir ölkənin verəcəyi qərardır. Məhz bu konteksdən İran parlamentinin Azərbaycanla bağlı basurd, riyakar, məntiqsiz, absurd bəyanatı mahiyyət etibarı ilə adi kağız parçası hesab edilir. İranın Azərbaycanın daxili-xarici siyasətinə qarışmağa haqqı-hüququ yoxdur. Bu ölkə özünü bölgədə “ağa” kimi aparmaq niyyətindən əl çəkməli və reallıqla hesablaşmalıdır”.
Millət vəkili “Azərbaycan Milli Məclisi isə haqlı olaraq İran parlamentinin məlum “bəyanatına” qarşı adekvat reaksiyanın əhəmiyyətinə toxunub: “Azərbaycan milli Məclisinin vermiş olduğu bəyanat İranın terrorçu mahiyyətinə adekvat reaksiya və onun ifşasını özündə əks etdirən bir xarakterə malikdir. Bəyanatda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası Parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə və bu işğalı 30 il xüsusi vandallıq və barbarlıqla həyata keçirəndə Tehran rejimi susurdu: “Fakt isə odur ki, müsəlman azərbaycanlıların yaşadığı bu tarixi torpaqlarda onlar Ermənistan tərəfindən soyqırıma, etnik təmizləməyə məruz qalıb. İranın “dost” kimi bağrına basdığı Ermənistan tərəfindən həmin ərazilərdə Azərbaycanın əzəli-əbədi torpaqlarında 67-i məsciddən 65-i tamamilə dağıdılıb, təhqir edilib, donuz saxlanılıb. Ərazilərdə İslam dəyərlərinə aid maddi-mədəniyyət abidələri, dini ocaqlar erməni vandallarının barbarlığına məruz qalıb. Bütün bunlara isə Azərbaycanın özünün qüdrəti hesabına son qoyub. Ona görə də, İran rejimi Azərbaycanı 90-cı illərin əvvəllərindəki vəziyyətlə müqayisə etmək niyyətindən daşınıb güclü-qüdrətli, regional və qlobal miqyada söz sahibi olan Azərbaycanla normal qonşuluq siyasəti yürütməlidir”.