Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı nın rəhbərliyi Avropaya işgüzar səfər çərçivəsində Niderland Krallığında fəaliyyət göstərən Life24 Media Grupu Yönetim Kurulu Başkanı Drs. İbrahim Karamanla görüş keçirilmişdir.
Siyasetinfo xəbər verir ki, görüşdə “Dayaq” Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, təşkilatın hüquq departamentinin rəhbəri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüsal Səfərov, Gənclərin İnkişafına Dəstək İctimai Birliyi nin sədri Məhəmməd Məmmədov, Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin sədri Elsevər Məmmədov, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Mayisə Ağamirzəyeva və diaspor fəalları iştirak etmişdir. Görüş zamanı birgə əməkdaşlıq, gələcək perspektivlər və imkanlar haqqında geniş müzakirə edilmişdir. Sonda “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən Niderland Krallığında fəaliyyət göstərən “Life24” Media Grupu Yönetim Kurulu Başkanş rəhbəri Drs. İbrahim Karaman 44 günlük vətən müharibəsi dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi əvəzsiz xidmətlərə görə Fəxri Fərmanla təltif edilib.