
Gəncədə Kəlbəcər rayon icra hakimiyyətinin və “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Başlıbel qətliamı-30 il” adlı anım tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Başlıbel qətliamının şahidləri, rayon ağsaqqalları, ziyalılar, jurnalistlər iştirak edib.
Tədbirdə Ümumilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların və faciə qurbanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Millət vəkili Aqil Məmmədov Başlıbel faciəsinədən söz açaraq bildirib ki, bu faciəsi son 100 ildə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi silsilə qətliamların və soyqırımların davamıdır. Aqil Məmmədov qeyd edib ki, ermənilərin Azərbaycana qarşı aqressiyası yalnız ərazi işğalları ilə kifayətlənməyib, eyni zamanda dinc əhaliyə qarşı kütləvi qətliamla müşayiət olunub. Ermənistan silahlı qüvvələri Xocalıda,Qaradağlı,Balaiqaya, Ağdabanda, Başlıbel kəndində dinc əhalini hədəf seçməsi, insanlığa açıq-aşkar meydan oxuyaraq, kütləvi qətliamlar yolunu tutması, kimi qiymətləndirilməlidir. Bu baxımdan, Başlıbel kəndinin sakinlərinə qarşı törədilən qətliam dünyanın diqqətinə çatdırılmalı və heç zaman unudulmamalıdır. Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu hesabına, rəşadətli orumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Bu gün Başlıbel sakinləri öz kəndlərinə gederk doğmalarının məzarlarını ziyarət edə bilirlər.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin rəhbərliyi və digər natiqlər, Başlıbel faciəsindən söz açaraq bu faciənin insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu vurğulayıblar. Eyni zamanda bildirdilər ki, Başlıbel faciəsində əziyyət çəkmiş vətəndaşlarımız bu faciənin ağrı-acısını yaşasalar belə indi şaddırlar. Çünki onların və faciə qurbanlarının qisası alınıb. Başlıbel kəndi eləcə də digər işğal altında olan ərazilərimiz Müzəffər Sərkərdə cənab İlham Əliyevin və rəşadətli ordumuzun hesabına azad edilmişdir.
Başlıbel ziyalıları, ağsaqqalar və sakinləri onlara göstərilən diqqət və qayğıya,həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüşdə Başlıbel ziyalılarının, Başlıbelin gələcək inkişafı ilə bağlı təklifləri dinlənilib, onların səsləndirdiyi təkliflərin aidiyyatı qurumlar qarşısında qaldırılacağı bildirilib.