Ermənistan bir dövlət kimi özünün mahiyyətini növbəti dəfə beynəlxalq ictimaiyyətin gözü qarşısında nümayiş etdirdi. Bu ölkə növbəti dəfə bütün beynəlxalq öhdəliklərə və prinsiplərə zidd davrandı. Ermənistan öz üzərinə düşən vəzifələri icra edə bilmədi. Oyuncaq ölkənin paytaxtında təşkil edilən beynəlxalq idman tədbiri ilə bağlı bütün fundamental öhdəliklərə riayət etməyi bacarmadığını əslində isə çirkin mahiyyətini göstərmiş oldu.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 14 aprel tarixində İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması Ermənistanın əsl mahiyyətinin ifşası idi: “Azərbaycan bayrağına qarşı Ermənistanın paytaxtında edilən vəhşilik yüz ildən çoxdur davam edən erməni barbarlığının və vəhşiliyinin növbəti təzahürüdür. Sözsüz ki, heç vaxt beynəlxalq hüquqa sayğı göstərməyən bir ölkədə növbəti dəfə belə bir halın yaşanması da təəcüblü deyil. Azərbaycan 30 ildən artıqdır ki, Ermənistanın heç bir beynəlxalq hüquqa riayət etmədiyini, ancaq barbarlıq və vandallıqla məşğul olduğunu bəyan edirdi. Məhz bu hadisə də erməni cəmiyyətinin mahiyyətini ifadə etmiş oldu”.
Aqil Məmmədova görə, döyüş meydanında, siyasi arenada tam məğlubiyyətə uğramış Ermənistan bu kimi çirkin addımlarla heç nəyə nail ola bilməyəcək: “Sözsüz ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər beynəlxalq qurumlar Ermənistana qarşı nəhayət ən sərt addımlar atmalıdır. Çünki Ermənistan dövləti özünü cəzasızlıq mühitində sanki “qəhrəman” kimi hiss edir. Ermənistanın beynəlxalq münasibətlər sistemində etibarsız tərəf olduğunun bir daha nümayiş etdirir”.
Deputat beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması faktına qarşı da aidiyyatı beynəlxalq təşkilatların növbətçi bəyanatlar səsləndirməklə kiyafətlənmələrinə də münasibət bildirib: “Beynəlxalq təşkilatlar, idman ictimaiyyəti buna səssiz qalmamalıdır. İdman dünyada sülhü tərənnüm etdiyi halda Ermənistan özünün barbar davranışı ilə düşmənçiliyi, milli, dini ayrıseçkiliyi təşviq edir. Bu amillər sözsüz ki, Ermənistanın özünə ziyandır. 44 günlük müharibədə döyüş meydanında bayraqlarını belə atıb qaçan erməni əsgəri və Ermənistan cəmiyyəti Şuşa qalasında dalğalanan üçrəngli şanlı bayrağımızın əzəmətindən dərs çıxarmalıdır”.