İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşının persona-non-qrata elan olunması gözlənilən idi. Diplomatik Nümayəndəliklər Haqqında Konvensiyaya əməl etmirlər. Səfir başda olmaqla, Bakıdakı İran səfirliyinin adı ancaq qalmaqallarda, təxribatçılıq fəaliyyətlərində hallanıb. Səfirlik iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək, yaxşılaşdırmaq əvəzinə əlaqələrə xələl gətirəcək addımlar atlırlar. Onları Azərbaycanda bir qrup radikal dini qrupla əməkdaşlıq edir, onları yanlış yola istiqamətləndirirlər.
Bunu Siyasetinfoya politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, İran səfirliyi özünü xarici ölkənin diplomatik qrumu kimi deyil, xüsusi xidmət orqanı kimi aparır: “Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən radikal dindarların bu və ya digər formada İranın buradakı səfirliyi ilə əlaqələri üzə çıxır. Onlar tez-tez hansısa tədbirlərə dəvət olunur, dini mərasimlərə qatılırlar və s. Belə olan halda Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirini qəbul edib ona nota verməsi, səfirliyin 4 əməkdaşının isə arzuolunmaz şəxs qismində 48 saat ərzində ölkəni tərk etmələri tələbi anlaşılandır, stiuasiyaya tam uyğundur. Bilirsiniz ki, bir müddət öncə Tehranda Azərbaycan səfirliyinə terror hücumu edilmişdi, bir əməkdaş qətlə yetirilmişdi, digəri isə yaralanmışdı. Həmin olaydan sonra Səfirliyimizin bütün əməkdaşları ölkəmizə qayıtdı və faktiki olaraq İrandakı fəaəliyyəti dayandırdılar. Yəni İran dövləti öz ərazisində bir səfirliyin təhlükəsizliyini qoruya bilmədi. İranın Bakıdakı səfirliyi isə paytaxtın ən gözəl yerində yerləşir və yüksək səviyyədə qorunur. İran diplomatları burada onlara yaradılan rahat şəraitdən sui-istifadə edirlər, qanundan kənar fəaliyyətlərə baş vururlar. İran dövləti bütün dünyada terroru maliyyələşdirən, sivilizasiyadan geri qalan bir ölkə kimi xarakterizə olunur”.
Politoloq hesab edir ki, Azərbaycan dövləti İran səfirliyinin 4 əməkdaşını persona-non-qrata elan etməklə kifayətlənməməlidir: “Səfirliyin digər əməkdaşlarının da fəaliyyəti araşdırılmalıdır. İranın anti-Azərbaycan şəbəkəsi tam ifşa edilməli və zərərsizləşdirilməlidir. İran Azərbaycanın dünyada möhkəmlənən mövqeyini, 44 günlük Vətən müharibəsində qazandığı Zəfəri, bölgədə yaratdığı yeni reallıqları həzm edə bilmir. Şər üçbucağı – Ermənistan-İran-Fransa öz aralarında plan cızıblar, var güclərilə Azərbaycanda sabitliyi pozmağa çalışırlar. Biz bütün bu planları pozuruq. İran parlamenti aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bəyanat yaydı. Səfirliyin açılmasını İslam dünyasının maraqlarına “zidd hərəkət” kimi qiymətləndirdilər. Hətta utanmadan ərəb və İslam ölkələri hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına çağırışlar etdilər ki, Azərbaycana təzyiq göstərsinlər. Ermənilər 30 il Qarabağda dini abidələrimizi dağıtdı, məscidlərimizdə donuz saxladılar. Nə üçün onda İranın dini-milli heysiyatı tərpənmədi? İran Azərbaycanla bağlı siyasətinə korrektələr etməli, normal münasibətlər qurulmasında maraqlı olmalıdır. Əks halda onların terrora, iftiraya söykənən təhdid siyasəti bumeranq effekti verəcək. Yaranmış gərginlikdən ən çox əziyyət çəkən İranın özü olacaq”.