Mətbuatdan da xəbər verildiyi kimi bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərdə olubdur. Öncə qeyd etmək istərdim ki, möhtərəm Prezidentimizin səfər proqramı çox zəngin olmuşdur. İstər Almaniyanın tanınmış iş adamları, istər bu ölkənin Prezidenti, istərsə də də Almaniyanın Kansleri ilə görüş çox əhəmiyyəti və faydalı olubdur. Ümumiyyətlə Avropa İttifaqının qurucularından olan, G7-lərin üzvü Almaniya ilə Azərbaycanın əlaqələri ötən dövrlərdə səmərəli və qarşılıqlı əməkdaşlıq üzərində qurulub və ilbəil bu əməkdaşlıq daha da genişlənir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu son səfər 44 günlük Vətən müharibəsindən sonra ilk səfər idi: “Səfərin yekunu olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransında səslənən fikirlər və önəmli mesajlar bu iki ölkənin gələcək əməkdaşlığının yeni istiqamətləri idi. Almaniya Kansleri O.Şolts mətbuata bəyanatında Prezident İlham Əliyevi salamlayaraq bu səfərin ikitərəfli əməkdaşlığı daha da dərinləşdirəcəyini bildirib. O, çıxışında ötən il Almaniya-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyini vurğulayaraq, onun ölkəsinin Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyini qeyd etdi. Onun “Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur. Azərbaycanla eyni zamanda, bərpaolunan enerji məsələsi bizim əməkdaşlığımızın bir mövzusudur” fikirləri bir daha Azərbaycanın Avropa ölkələri üçün strateji əhəmiyyətə malik olduğunu bir daha sübut edir”.
Deputat bildirib ki, Almaniyanın Azərbaycan-Ermənistan arasındakı münasibətlərinin sülh yolu ilə tənzimlənməsini dəstəklədiyini bildirən O.Şolts Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etməsi üçün sıx əlaqədə olacaqlarını bildirib. Mətbuat konfransında Prezident İlham Əliyev də bəyanatla çıxış edərək, Azərbaycan-Almaniya, eləcə də Avropa İttifaqı ilə olan mövcud əməkdaşlıqdan və onun perspektivlərindən, bu istiqamətdə atılan önəmli addımlar haqqında danışdı. Dövlətimizin Başçısı keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu xatırlatdı. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olduğunu bildirildi. O, mövcud geosiyasi vəziyyətə görə enerji təchizatı ilə bağlı yaranmış böhranı nəzərə alaraq Avropaya ixrac edilən təbii qazın artırılmasını və gələcək illərdə isə bunun daha çox artırılacağını vurğulandı. Möhtərəm cənab Prezident çıxışında səfər çərçivəsində 30-a yaxın almaniyalı iş adamı ilə görüşdüyünü və bu görüşdə Almaniyalı iş adamlarının Azərbaycana çox maraqlı olduğunu, eləcə də bərpaolunan enerji layihələrinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanların olduğunu və bu iş adamlarını Azərbaycana dəvət etdiyini bildirdi. Prezident İlham Əliyev alman iş adamları Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı ilə bağlı da fikir mübadiləsi aparıldığını və gələcəkdə Azərbaycanın Avropaya təkcə təbii qaz yox, həm də yaşıl enerji ixrac edəcəyini də bir daha xatırlatdı”.
Millət vəkili vurğulayıb ki, xarici ekspertlər tərəfindən verdiyi rəylərdə də Azərbaycanım geniş biznes imkanlarına malik olduğunu bildirilir: “Bəyanatda regionun ən bir nömrəli probleminin regional təhlükəsizlik məsələləri olduğunu vurğulayaraq möhtərəm cənab İlham Əliyev bir daha həm alman kanslerinin, həm də Almaniyanın mətbuat nümayəndələrinin diqqətinə Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşma prosesi ilə bağlı da Azərbaycanın mövqeyini bildirdi. O, Azərbaycanın 20 faiz torpaqlarının 30 ilə yaxın erməni işğalında olduğunu və azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını və nəhayət iki il bundan öncə 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun haqq-ədaləti bərpa edərək qazandığı möhtəşəm zəfəri, bu müharibədə Ermənistanın rüsvayçı məğlubiyyətini də mətbuat konfransı iştirakçılarının diqqətinə çatdırdı. Möhtərəm Prezidentimiz bu fikirlərində beynəlxalq təşkilatların, xüsusən də BMT və Avropa strukturlarının ikiüzlü siyasətini ifşa edən konkret mesajlar da səsləndirdi. Bu bir gerçəklikdir ki, Azərbaycan otuz ilə yaxın müddətdə beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasını gözlədi. Çox təəssüf ki, bu qərarlar 28 il masa üxərində qaldı. Nəhayət Müzəffər Ali Baş Komandanımızın müdrik və uzaqgörən siyasəti, qəti siyasi iradəsi, məğlubedilməz Dəmir Yumruq və xalqımızın sarsılmaz birliyi ilə düşməni döyüş meydanında darmadağın etdik. Qürurla deməliyik ki, döyüşdə qazanılmış bu zəfər və 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır”.
Məlahət İbrahimqızı əlavə edilib ki, Prezident İlham Əliyevin mətbuat konfransında Azərbaycan tərəfindən Ermənistana göndərilmiş sülh təklifinin 5 prinsip haqqında və bunun əsasında imzalanacaq sülh müqaviləsi haqqında da məlumat verərək, rəsmi İrəvanın bu təklifləri qəbul etmədiyi halda son şanslarını itirəcəklərini də bildirdi: “Bununla da O, bir daha rəsmi İrəvana və onu dəstəkləyən qüvvələrə Berlindən açıq və kəskin mesajlar göndərdi”.