Milli Məclisdə məşğulluqla bağlı dinləmələrin keçirilməsi təklif edilir.
Siyasetinfonun məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Sevinc Hüseynova çıxış edib.
Deputat bildirib ki, özünüməşğulluq proqramı ilə bağlı müəyyən məsələlər var ki, onlar barədə müzakirələrin keçirilməsi vacibdir.
“Turizm və digər məsələlərlə bağlı dinləmələrin keçirilməsi təklif edildi. Əlbəttə turizm həm post-münaqişə, həm də post-pandemiya dövründə əməktutumlu sahədir və bu istiqamətdə dinləmələrin keçirilməsi çox vacibdir. Lakin məşğulluqla bağlı dinləmələrin keçirilməsi də vacibdir və bu məsələnin nəzərə alınmasını xahiş edirəm”, – deyə o qeyd edib.
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əməyin mühafizəsi, turizmlə bağlı dinləmələrin keçirilməsi təklif edilib.