“Təbəssüm Yarat” könüllüləri növbəti missiyasını uğurla başa vurub.
Siyasetinfo xəbər verir ki, komanda “Fərəh” İctimai Birliyinin təşkilatı dəstəyi ilə yardım kampaniyası təşkil edərək Gəncədə daun sindromlu autizm fiziki məhdudiyyətli uşaqları sevindirib.
Yardımsevər insanlardan toplanan ianələrlə xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr təqdim edib, bayram ab-havası yaradıblar.
Xatırladaq ki, “Təbəssüm Yarat” kənd məktəblərinə yardım kampaniyasını ilk dəfə 2017-ci ilin aprel ayında təşkil edib. Kənd məktəblilərinə yardım kampaniyası 5 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonunda – Daşkəsən, Ağdam, Ağcabədi, Astara Quba, Lerik, Şəki, Tovuz və Gəncədə baş tutub. 20-yə yaxın könüllünün fəaliyyət göstərdiyi təşkilatın məqsədi yardımsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək vermək, onları sevindirmək, təhsilə və idmana maraq yaratmaqdır.
Əgər siz də bu yardım kampaniyalarına dəstək olmaq istəyirsinizsə, “Təbəssüm yarat” komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.