Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı bu gün respublikamızın ictimaiyyətində böyük məmnunluqla qarşılanıb. Bildiyimiz kimi son illərdə dünyada, eləcə də bölgəmizdə baş verən geosiyasi proseslər, postpandemiya və postmüharibə dövrünün problemləri, infilyasiya və bahalaşma Azərbaycanda da əhalinin maliyə-iqtisadi durumuna öz mənfi təsirini göstərib. Ötən illər ərzində baş vermiş iqtisadi böhranlar da hər zaman dövlət başçısının diqqətində olub və o dövlətimizin imkanlarından əhalinin vəziyyətinə təsir edən bu problemlərin qarşısını almağa çalışıb.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Parlamentin payız sessiyasında 2023-cü ilin dövlət büdcəsi müzakirə olunarkən yuxarıda qeyd edilmiş narahatçılıqlar ətraflı müzakirə edilib: “Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2023-cü il büdcəsi əvvəlki illərə nəzərən həm ümumi, həm də bütün sahələr üzrə çox artımlı büdcədir. Gözlənilən də o idi ki, möhtərəm Prezident tərəfindən 2023-cü ildə əhalinin sosial müdafiəsini gücləndirmək üçün konkret addlmlar atılacaq. Əslində bu gözlənti ilk deyil. Çünki ötən iyirmi il ərzində O, hər dəfə çıxışında Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının və onun sosial rifahının dayandığını xüsusi vurğulayır. Belə ki, dövlət başçısının bu istiqamətdə qəbul etdiyi qərarlar artıq ölkəmizdə bir ənənə kimi davam edir. Bu mənada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı bu Sərıncamı son beş ildə dördüncü sosial islahat paketin icrasına başlanması və yeni ildə yeni sosial islahat mərhələsinə keçidin təmin edilməsi anlamındadır. Sərəncama əsasən minimum pensiya 280 manata çatdırılmaqla, müavinət və təqaüdlər də artırılacaq. Bildiyimiz kimi, Sərəncamda artıq bununla bağlı on gün ərzində konkret təkliflərin Nazirlər Kabineti tərəfindən hazırlanması tapşırıq verilib”.
Millət vəkili hesab edir ki, Sərəncamın icra olunması ilə minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 280 manat olacaq ki, bu da 100 minədək pensiyaçıyq şamil olunacaq: “Xatırlatmaq lazımdır ki, son dörd ildə əhalinin sosial müdafiəsi sahəsində minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya isə 2,5 dəfə artırılıb. Bildiyimiz kimi dövlət büdcəsində bu il üçün sosial ödənişlərə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Bu artımlar da sözsüz ki, 1,9 milyon vətəndaşı əhatə edəcək. Həmçinin bu Sərəncama görə dövlət büdcəsindən maliyyələşdirilən 700 min nəfər işçini əhatə edəcək artımda işçilərin aylıq vəzifə maaşları minimum əməkhaqqı artımına uyğun hesablanacaq: “Fürsətdən istifadə edərək minnətdarlıqla qeyd etməliyik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin təməlində sosialyönüm, ədalət və humanizm dayanır”.