Prezident İlham Əliyev Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Siyasetinfo” xəbər verir ki, Sərəncamla aşağıdakı şəxslər təltif ediliblər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Nağıyev İman Məmməd oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abbasov İlqar Eyvaz oğlu.
Qeyd edək ki, İ.Nağıyev Bakı Apellyasiya Məhkəməsinin, İ.Abbasov isə Sabunçu Rayon Məhkəməsinin sədridir.