Siyasetinfo xəbər verir ki, Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-da Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və talanmasına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasına qoşulub. Təşkilat bu faktı beynəlxalq aləmə çatdırmaq üçün dörd dildə (Azərbaycan, rus, ingilis, alman) ekoloji terrora son dedi.
Artıq on gündür yorulmadan Xankəndində rus sülhməramlıları ilə üz-üzə dayanan vətəndaş cəmiyyətinin nümayədələri, QHT-ləri rəhbərləri, ekalogiya könüllüləri sizlərə eşq olsun.
Sizinlə fəxr edirik. Bu cür vətəndaşlara sahib olan ölkə heç vaxt əzilməz.