Dekabrın 17-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Buxarestdə keçirilən “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi çərçivəsində keçirilən plenar iclasda iştirak edibdir. Tədbirdə bu ölkələrin dövlət və hökumət rəhbərləri iştirak etməklə bərabər, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen də iştirak etmişdi. Tədbirdə bu səviyyədə iştirakçılıq panelin və müzakirə olunan problemin və bu paneldə imzalanacaq sazişin nə qədər önəmli olduğundan xəbər verir.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkilinin sözlərinə görə, dördtərəfli saziş həm də bu sazişə imza atan ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlığın da əsasını qoydu:
“ Bildiyimiz kimi son illər dünyada baş verən geosiyasi proseslər çox ciddi problemlər yaratmışdır. Xüsusilə də Rusiya-Ukraina müharibəsi nəticəsində baş verən geosiyasi proseslər Avropada da ağır eneji böhran yaratmışdır. Dördtərəfli saziş həm də bu sazişə imza atan ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlığın da əsasını qoydu. Azərbaycan bu Sazişdə də qeyd edildiyi kimi təkrarolunan enerjinin inkişaf və həm də nəql edən ölkə kimi əhəmiyyəti qeyd edilir. Saziş Azərbaycan üzərindən olmaqla Avropanı Mərkəzi Asiya əlaqələrini də inkişaf etdirəcəkdir. Və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. Tədbirdə iştirak edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu Sazişin Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcəyini eləcə də təmiz enerjiyə keçidə nail olmağa dəstək olacağını, bərpaolunan enerji resurslarının artırılmasında mühüm rol oynayacağını qeyd etdi. Ümumiyyətlə Sazişdə nəzərdə tutulan layihə çox böyük layihə olmaqla Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyətə malikdir. “
Milli Məclisin deputatının fikirincə ,Azərbaycanın belə bir Sazişdə iştirak etməsi bir tərəfdən enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində Azərbaycana verilən ardıcıl dəstək olmaqla bərabər həm də Azərbaycanın Avropanın ən etibarlı tərəfdaş olmasına sübutdur:
“Möhtərəm Prezidentimiz də öz çıxışında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi Avropanın enerji təhlükəsizliyinə ümumi töhfə adlandırmaqla yaşıl enerji dəhlizinin yaradılması yolunda atılan mühüm addım adlandırdı. Sözsüz ki, Azərbaycanın belə bir Sazişdə iştirak etməsi bir tərəfdən enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində Azərbaycana verilən ardıcıl dəstək olmaqla bərabər həm də Azərbaycanın Avropanın ən etibarlı tərəfdaş olmasına sübutdur. Bildiyimiz kimi bu ilin iyulunda Avropa Komitəsinin Prezidenti Azərbaycana səfər etmişdi. Səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandum imzalanmışdı. Bu memorandum da Möhtərəm Prezidentimizin şəxsi simasında Azərbaycana edilən etimaddır. Bu Memoronduma görə Ölkəmiz Avropa məkanına ixrac etdiyi təbii qazın həcminin artırılmalıdı .İlham Əliyev qarışdakı illərdə bu istiqamətdə çox ciddi addımlar atılacağını bildirdi. Möhtərəm cənab Prezidentimiz çıxışında Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə imzalanmış müqaviləsini də qeyd etdi. Dövlətimizin başçısı Buxarestdə imzalanan bu Sazişi Azərbaycanla Avropa arasında salınmış enerji körpüsü adlandırdı. Beləliklə də Azərbaycan Avropanın mühüm elektrik enerjisi təchizatçısı kimi həm də gələcəkdə mühüm yaşıl enerji təchizatçısı da olacaqdır.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışında Azərbaycanın bərpaolunan enerji potensialından və gələcək perspektivləri haqda da iştirakçıları məlumatlandırdı. Tədbirdə çıxış edən Macarıstanın Baş Naziri, eləcə də Rumıniyanın Prezidenti ölkəmiz haqqpında, Prezidentimiz haqqında, onun beynalxalq aləmdəki nüfuzu haqqlnda qürurverici fikirlər səsləndirərək Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olmasının təqdirəlayiq olduğunu, Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar etdiyini vurğuladı. Heç bir mübaliğə etmədən deyə bilərik ki, bu səfər və səfər proqramı möhtərəm cənab Prezidentimizin uzaqgörən siyasətinin və müdrik diplomatiyasının növbəti uğurudur.”