
Cəmiyyətin təkanverici qüvvəsi gənclərdir. Bu mənada gənclər həm də fəal seçici rolunda çıxış edir. Gənclər həm də cəmiyyətin digər təbəqələrini ictimai-siyasi proseslərdə fəal iştirakçılığa səsləyir.
Bu bir reallıqdır ki, ölkəmizdə sağlam, vətənpərvər bir gənclər ordusu formalaşıb. Hər zaman dövlətinə, xalqına bağlı olan gənclər ictimai-siyasi proseslərdə aktiv yer alıb.
Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərində də Azərbaycan Gəncliyi növbəti dəfə işıqlı sabaha səs verəcək. Ali Baş Komandanın əmri ilə hər bir Azərbaycan gənci müzəffər əsgərə çevrildiyini 44 günlük Vətən Müharibəsində bütün dünyaya bəyan etdi. 30 ilə yaxın Ermənistanın işğalında qalan tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən azad edildi.
Möhtərəm cənab Prezidentin də vurğuladığı kimi məhz ölkəmizdə olan vətənpərvər gənclər bu müqəddəs savaşda can-başla iştirak etdi. Şəhidlərimiz bizim üçün müqəddəsdir, qazilərimiz baş tacımızdır. Vətən bu qəhrəmanların sayəsində bütövləşdi. Azərbaycan xalqına olan yanaşmaları bu gənclərimiz öz qəhrəmanlığı ilə dəyişdi. İşğal bitdi, məğlub ölkə anlayışı tarixə qovuşdu. Ulu Öndər Heydər Əliyev strategiyasına əsaslanan gənclər siyasəti və bunu uğurları şəkildə daha praqmatik səviyyədə yüksəkliklərə ucaldan Müzəffər Ali Baş Komandan tarixi missiyanı yerinə yetirdi.
Azərbaycan bu gün regional və qlobal müstəvidə qalib ölkədir. Tarixi Zəfərdən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərdə seçkilər keçiriləcək. Cənab Prezidentin də vurğuladığı kimi ilk dəfə ərazi bütövlüyü və suverenliyin tam təminatı fonunda məhz növbədənkənar prezident seçkilərinin keçirilməsi tarixi əhəmiyyətə malikdir.
Təbii ki, Zəfərdən sonra Azərbaycan qarşısında daha böyük hədəflər var. Qalib, güclü Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha möhtəşəm uğurlara imza atacaq. Hər zaman doğru-düzgün xəttə sadiq qalan Azərbaycan Gəncliyi bu ilin fevralın 7-də baş tutacaq prezident seçkilərində qalib Azərbaycan naminə Müzəffər Ali Baş Komandana növbəti dəfə birmənalı dəstəyini ifadə edəcək.

Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunub. Cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizdə sağlam, müasir, vətənpərvər gənclik formalaşıb. Məhz cənab Prezident İlham Əliyevin prezidentlik dövründə yetişən gənclər 44 günlük Vətən müharibəsi şücaət, qəhrəmanlıq göstərib.
İnanırıq ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri də Qarabağ fatehi, Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərimizdə şanlı bayrağımızı qürurla dalğalandıran Müzəffər Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qələbəsi ilə nəticələnəcək.
Dövlətimiz və xalqımız əmindir ki, hər zaman olduğu kimi bu dəfə də gənclər cənab Prezident İlham Əliyev yanında olacaq. Çünki gənclərin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra daha böyük uğurlar və möhtəşəm nəticələr əldə edəcəyinə inamı sonsuzdur.
İlham Nəsirov
Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri