Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır, ölkəmizin dünyada nüfuzu daha da artır. Azərbaycan təkcə yerləşdiyi bölgədə deyil, dünya siyasətində özünəməxsus rol oynamaqdadır”.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin yeri televiziyalara müsahibəsində səsləndirdiyi mesajlar haqda danışarkən deyib.
Millət vəkili bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu son 20 ildə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq müstəvidə güçlü dövlət kimi özünü təsdiq etməsini təmin edib: “Ulu öndər Heydər Əliyev xalqa çağırışında İlham Əliyevə özü qədər inandığını ifadə edərkən bu günləri görə bilirdi. Prezident İlham Əliyevin üç saata yaxın davam edən müsahibəsində bu seçimin Azərbaycan üçün nə qədər önəmli olduğunu konkret, faktlarla ortaya qoydu. Bugünkü Azərbaycan həmin inamın, etimadın, liderliyin ünvanıdır. Son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qlobal miqyasda nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Belə ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı böyük dərəcədə bizim mövqeyimizdən asılı olacaq. Bün Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndiriləsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib”.
Prezidentin müsahibəsində Böyük Qayıdışla bağlı fikirləri haqda danşan deputat A.Məmmədov qeyd edib ki, ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə gələcəkdə məskunlaşmanın dairəsinin genişləndirilməsi ilə bağlı yeni fikirlər söyləyib: “Cənab Prezidentin də vurğuladığı kimi dövlətin qarşısındakı başlıca prioritet məqsəd ilk növbədə həmin bölgədə didərgin düşmüş insanların doğma yurdlarına qayıdışını təmin etməkdir. Eyni zamanda, gələcəkdə Azərbaycanın digər bölgələrindən olan insanlar da azad olunmuş bölgələrə köçə, orada özlərinə ev tikib yaşaya bilərlər. Prezidentin müsahibədə səsləndirdiyi bu fikir də cəmiyyətdə müsbət qarşılanıb və müzakirələrə səbəb olub”.
Turkustan.az