
Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı mühüm önəm kəsb edir. Bu görüşün “Türk əsri” adlandırılması qarşıya qoyulan hədəfin mahiyyətini nümayiş etdirir. Sözsüz ki, bu Zirvə Görüşü türkdilli dövlətlər arasında əlaqələrin və əməkdaşlığın daha da güclənməsinə xidmət edir. 14 il əvvəl Naxçıvanda yarandığı dövrdən Türk Dövlətləri Təşkilatı olduqca səmərəli fəaliyyət göstərərək, ölkələrimizin, xalqlarımızın birliyinin daha da möhkənlənməsi baxımından olduqca vacib bir yol keçib.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir: “Ölkəmiz türkdilli ölkələr arasında əlaqələrin daha da güclənməsində maraqlı olduğunu atmış olduğu bütün addımlarla təsdiq edib. Bu bir reallıqdır ki, bu gün türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Geniş coğrafiyada türk birliyinin bir ailə kimi çıxış etməsi indiki reallıqda olduqca önəmlidir. Məhz bu kontekstdə Azərbaycan TDT-nin yaranmasında, təşkilatlanmasında, aparıcı güc mövqeyinə və nüfuza malik olmasında yaxından iştirak edib. Ölkəmiz həmçinin bu Birliyin inkişafı naminə öz imkanları səfər edərək türk dünyasının daha sıx əlaqələr çalışıb”.
Deputat Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı zamanı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini üzv dövlətlərinin başçılarının diqqətinə çatdırdığını bildirib: “Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində türk ölkələrinin Azərbaycana dəstəyini yüksək dəyərləndirib. Ölkəmizin başçısı vurğulayıb ki, “biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik”. Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğu qeyd edilib. Prezident İlham Əliyev hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq-bərpa işlərinin miqyasından, qısa zamanda keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba ocaqlarına qayıdışının təmin olunacağından bəhs edib. Eyni zamanda Zirvə Görüşündə türk dövlətlərinin liderlərinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini xüsusi ilə vurğulaması, bu münasibətlə cənab Prezident ilham Əliyevi təbrik etmələri mühüm önəm kəsb edir”.
Millət vəkili hesab edir ki, Türk Dövlətləri Təşkilatının tərəfdaşlıqdan inteqrasiyaya aparan yolla bağlı konsepsiyası qarşıda böyük hədəflərin olduğundan xəbər verir: “Bu xüsusda türk dövlətləri arasında intensivləşən inteqrasiya prosesini Azərbaycan və Türkiyənin ortaya qoyduğu mövqedən də görmək mümkündür. Sözsüz ki, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi digər ölkələr üçün örnəkdir. Bu amil Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq prosesində də müşahidə olunur. Eyni zamanda digər türk dövlətlərinin azad edilmiş ərazilərimizdə dostluğun, qardaşlığın xarakterini göstərən önəmli töhfələri var. Bu xüsusda Füzuli rayonunda Özbəkistan tərəfindən tikilib istifadəyə verilmiş məktəb və Qazaxıstan tərəfindən inşa olunan Yaradıcılıq Mərkəzi dostluq və qardaşlığın təzahürüdür”.
Sevinc Hüseynova artıq atılan adımlar, ortaya qoyulan birmənalı mövqe Türk Birliyinin qlobal gücə çevrilməsini təmin etdiyini söyləyib: “Qloballaşan dünyada türk faktoru önə çıxır. Beynəlxalq birlik sözsüz ki, bu faktoru nəzərə alacaq və almalıdır. Astana Zirvə Görüşünün şüarının “Türk Əsri” adlandırılması da heç də təsadüfi deyil. Bu mürəkkəb proseslər fonunda təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini də özündə ehtiva edən bir mesajdır. Sözsüz ki, Zirvə Görüşündə qəbul olunan Astana Bəyannaməsi və verilən digər ümumi qərarlar türk birliyinin hədəflərinin daha geniş və əhatəli olduğunu, ölkələrin və xalqların inkişafına xidmət edəcəyinin təzahürüdür”.