24 sentyabr tarixində Türkiyənin İzmit şəhərinin Koçaeli “Türk Dünyası İş Qadınlarının Forumu” çərçivəsində Koçaeli Konqres Mərkəzində Türk Dilli Dövlətlərindən olan Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin şəhər və vilayətlərindən olan İş Qadınlarının istehsal etdikləri məhsullarının, əl işlərinin sərgisi və B2B görüşləri davam etdi.
Həmçinin, Sərginin rəsmi açılış mərasimi keçirildi. Həmin gün KOİDER-in geyim və eynəklər istehsal etdikləri üzvlərinin dəb sərgisi keçirildi. Sərgidə Türk Dilli Dövlətlərinin İş Qadınları iştirak etdilər.
Sərgidən sonra KOİDER tərəfindən Avropanın ən böyük film platformasına səfər təşkil olundu. Ölkə nümayəndələri çox fəal iştirak etdilər.
Film platforması haqqında məlumat verən tur rəhbəri, həmin platformada tarixi türk serial və filimlərin çəkilişləri haqqlnda məlumat verdi.
Görüş BMT-nin Dayanıqlı İnkişaf Məqsədinin 8-ci və 17-ci bəndlərinə bərabərdir.