02-05.10.2023-cü il tarixində AQSİA Heyəti Rusiyanın Həştərxan şəhərində keçirilən “Yerli layihələrin realizasiyasında qadınlarım sosial təşəbbüskarlığı” adlı beynəlxalq forumda iştirak ediblər.
Forum çərçivəsində ilkin olaraq 03.10.2023-cü il tarixində Həştərxan şəhərində yerləşən Tekstil fabrikinə rəsmi görüş təşkil olundu. Görüşdə Fabrikin icraçı dorektoru Valentina Perepeçkina Bakı Telstil Fabrokinin təsisçisi Səkinə Babayevaya Fabrikin yaranması haqqında məlumat verdi və gördükləri işlər ilə tanış etdi. Həmçinin görüşdə Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayevadan Asyraxan +24 televiziya kanalı Həştərxana gəlişin məqsədi olə bağlı müsahibə aldıi. Görüşdə AQSİA Regionlarla İşin Təşkili Komisiyasının sədri Kəmalə Məmmədli, Opora Rossiyanın Həştərxan üzrə Sədri Natalya Batayeva, Rusiya İqtisadi İnkişaf Nazirliyinin Həştərxan üzrə nümayəndəsi Leysan Krasovskaya və AMOR təşkilatınım Həştərxan üzrə rəsmi nümayəndəsi Elvin Hüseynov da iştirakmetdilər. Sonra AQSİA heyəti Moy Biznesin Həştərxan Ofisinin direktoru İrina Nazarova ilə görüş keçirildi, görüşdə İrina Nazarova AQSİA heyətinə Moy Biznes Mərkəzonin işi ilə tanış etdi, birgə əməkdaşlıqlara yeni addımlar atıldı. Həmin günü AQSİA heyəti Həştərxanın dahi rəssamı və heykəlraraşı Boris Kustodiyevin Ev Muzeyini ziyarət etdilər, həyat və yaradıcılığa ilə tanış oldular. Görüşlərin sonunda xatirə şəkilləri çəkildi.
Görüşlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci Dayanıqlı şəhər və icmalar, 17-ci Məqsədlər üçün tərəfdaşlıq məqsədlərinə uyğundur.