
Bu ilin sentyabrın 5-7-i tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində “Textile Collection Moscow” geyim sənayesi və pərakəndə satış sərgisi keçirilib.
Sərginin məqsədi yüngül sənaye, tekstil sahəsində fəaliyyət göstərən bütün iş adamlarının bir arada olması və təcrübələri bölüşməsi ilə bağlı olub. Sərgidə Bakı Tekstil Fabrikinin təsiscisi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva yüngül sənayenin tarixi və inkişaf yolları, həmçinin bu sahədə əməkdaşlığın yeni imkanları barəsində ətraflı çıxış etdi.
Bu sərgi geyim istehsalçıları və ticarət şirkətləri ilə aparıcı beynəlxalq və yerli təchizatçılar üçün əla platforma təqdim edir. Həmçinin moda sənayesi üçün material və avadanlıqların tam çeşidini təklif olunur.
Burada, toxuculuq sənayesi və modanın beynəlxalq nümayəndələri ilə tanış olmaq imkanı var.
Geyim sənayesi sərgisində qabaqcıl ölkələrin toxuculuq fəaliyyəti ilə tanışlıq olacaq. Burada eyni zamanda smartfonlarda paltar eskizlərinin yaradılması üzrə ustad dərsləri də keçirilib.
Qeyd edək ki, sərgi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci Layiqli İş və İqtisadi Artım və 17-ci Davamlı İnkişaf Naminə Tərəfdaşlıq bəndlərini əhatə edir.


















