Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva mayın 19-da Tatarıstanın paytaxtı Kazan şəhərində, Kazan Expo Beynəlxalq Sərgi Mərkəzində
2023-cü il 14-cü Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
Baş nazirin müavini Şahin Mustafayev, KOBİA sədri Orxan Məmmədov , Azpromo prezidenti Yusif Abdullayev və ASK prezidenti Məmməd Musayevin də iştirak etdiyi sərgiyə qatılan Səkinə Babayeva “Made in Azerbaijan” adı altında sərgi iştirakçılarına, Azpromo və kiçik və orta sahibkarlara dəstək nümayiş etdirib.