Azərbaycanın regionda və beynəlxalq arenada qazandığı qələbələr məhz Azərbaycan xalqı və dövlətimizin birgə fəaliyyətinin, Dəmir Yumruq kimi bir olmağının parlaq nəticəsidir. Bunu Azərbaycan xalqı 1993-cü ildə Heydər Əliyevi dövlətimizin başına dəvət etməklə göstərdi və 2020-ci il tarixi qələbəmizdə bir daha nümayiş etdirdi.
Bu qələbə həm dövlətimizi istəməyən düşmənə, həm də içərimizdə olan “vətənini, xalqını düşünən”, özlərini “lider” adlandıran vətən xainlərinə unutmayacaqları bir zərbə oldu.
İllərdir ki, xalqın guya sevgisini qazanmaq üçün dəridən-qabıqdan çıxan bu saxta vətənpərvərlərin özləri də heç zaman istəklərinə nail olmayacaqlarını çox gözəl bilirlər və qəbul edirlər. Amma zaman-zaman xaricdən havadarlıq edən, onları maliyyələşdirən qüvvələrə özlərini göstərmək üçün ucuzcasına dövlətimizə, xalqımıza yönəlik çıxışlar edən bu cür “liderlər”i artıq illərdir yanlarında olan tərəfdarları da ciddiyə almırlar.
Tofiq Yaqublunun bilərək və ya bilməyərəkdən dedikləri də əslində onların məğlubiyyətini qəbul etdiklərini, minlərlə şəhidimizin qanı hesabına alınan torpaqlarımızdakı parlaq qələbədən məyus olduqlarını və möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizin hər yeni qələbələrinə qəzəbləndiklərini əks etdirdi.
Müraciətim sizədir, saxta vətənpərvərlər!
Bu qəhrəman xalq, bu qüdrətli dövlətimizi bir daha sizinkimi öz mənafelərini güdərək ölkəni məhv edənlərə təhvil vermiyəcək! Ya dövlətimizin apardığı siyasətə hörmət edəcəksiniz¸ ya da hər dəfə rüsvay olacaqsınız!”
YAP Səbail rayon təşkilatının əməkdaşı, fəal gənc
Fuad Heydər