Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı bir çox vacib məsələlərin geniş aspektdə müzakirəsi təşkil edilib. Bu baxımdan ölkə başçısının Litvaya səfəri əlaqələrin yeni müstəvidə inkişafı baxımından olduqca önəmlidir. Sözsüz ki, bu gün Azərbaycanla Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Sözsüz ki, siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva deyib.
O qeyd edib ki, Azərbaycanla Litva arasında əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılır: “Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Bütün bunlar biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən əlaqələrin inkişafına çox böyük maraq var. Keçən ilin may ayında Litva prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilib. Bu sözsüz ki, ölkələr arasında biznes imkanlarının daha da genişlənməsinə müsbət təsir göstərir”.
AQSİA sədri hesab edir ki, Prezident İlham Əliyevin Litvaya səfərində Ermənsitanın 30 il Azərbaycan torpaqlarını işğalda saxlaması fonunda 1 milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşməsi faktı qeyd edilib: Sözsüz ki, Azərbaycan II Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin edib. Məhz müharibə bitdikdən sonra Azərbaycan Ermənistana 5 bəndlik sülh müqaviləsi göndərib. Çünki sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək”.
Səkinə Babayevaya görə, Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır: “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır. Bununla yanaşı iki ölkə arasında bir çox perspektivli əməkdaşlıq istiqamətləri mövcuddur. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Eyni zamanda Qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Faktiki olaraq Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Ölkəmizin mövcud olan müasir infrastrukturu buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olmaq mümkündür”.
Assosiasiyasının sədri bildirib ki, Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda iştirakı da olduqca önəmli idi: “Artıq bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir. Sözsüz ki, burada birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir”.