Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri mühüm sosial obyektlərin, yeni yaradılan infrastrukturun, xidmət sahələrinin istifadə verilməsi yadda qaldı. Sözsüz ki, Prezident regionlara hər səfəri həmçinin icra edilən işlərin yerində yoxlanması və ən yüksək səviyyədə aparılan nəzarət mexanizmi baxımından əhəmiyyətlidir. Bu səfərdə də dövlətimizin başçısı həyata keçirilən layihələri yerində yoxlayıb, öz tapşırıq və tövsiyyələrini verib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ölkə başçısının bölgələrə mütəmadi olaraq səfərləri regionların sürətli inkişafı və layihələrin icrasının intensivliyi, dövlətin bu prosesə vermiş olduğu töhfə baxımından stimullaşdırıcı amil kimi qiymətləndirilir: “Bu baxımdan ölkə başçısının regionlara mütəmadi səfərləri nəticəsində bölgələrdə yaşayan əhali Azərbaycan Prezidentinin simasında dövlətin diqqət və qayğısını birbaşa hiss edir. Təbii ki. regionlarin iqtisadi inkişafı daima dövlətin diqqətində olan prioritet istiqamətlərdəndir. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Artıq dördüncüsü icra olunan dövlət proqramının uğurlu nəticələri bütün reginlarda özünü göstərir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb”.
Deputat Prezident İlham Əliyevin Salyan rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində toxunduğu məqamlardan bəhs edib: “Ölkə başçısı bu müsahibəsində bir çox mühüm məsələlərə toxunub. O xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, eləcə də Ermənistanda keçirilən beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması ilə bağlı məsələyə münasibət bildirib. Eyni zamanda Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun havadarlarına mühüm mesajlar verilib. Prezident İlham Əliyev bir daha sülh prosesində Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əsas amil olduğunu vurğulayıb”.
Aqil Məmmədov Ermənistanın 30 ilə yaxın Azərbaycan torpağında törətdiyi vəhşiliklərə, barbarlığa, dağıntılara baxmayaraq, sülh təklif edən tərəfin Azərbaycan dövləti olduğu qeyd edilib: “Sülh müqaviləsinin bağlanması üçün Azəbaycanın irəli sürdüyü beş prinsip artıq hamıya bəllidir. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinə tam şəkildə uyğundur. İndiki halda Ermənistanın Azərbaycanın sülh şərtlərinə uyğun addım atmaqdan başqa yolu yoxdur. Prezident İlham Əliyevin də dediyi kimi “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”. Çünki Azərbaycana qarşı bundan sonra kimlərinsə ərazi iddiası ilə çıxış etməsinə qarşı dövlətimizin ən sərt mövqeyi ortadadır. Eyni zamanda İrəvanda beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması məsələsinə də ölkə başçısının mövqeyi hər kəs üçün açıq xəbərdarlıq olmalıdır. Dövlət başçısı bu məsələyə münasibət bildirərək qeyd edib ki, “Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.