İranın Azərbaycana qarşı mövqeyi absurddur və başadüşülən deyil. Bu ölkə öz qonşuluğunda güclü Azərbaycanın olmasını arzulamır. İranın niyyəti Azərbaycanı hər zaman zəif, gücsüz, əraziləri işğal edilmiş halda görmək idi. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən inkişaf edən Azərbvaycan öz ərazi bötövlüyünü bərpa etməklə Ermənistanın işğal siyasətinə son qoydu. Eyni zamanda Azərbaycan dövləti bölgədə separatizmə sarsıdıcı zərbə vurdu. İran kimi dövlətlərin çirkin niyyəti alt-üst edildi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, İran özünü İslam dövləti ardlandırsa da, “qardaşlıq” etdiyi Ermənistanın müsəlmanlara, məscidlərə müqəddəs dini dəyərlərə olan barbar davranışını görmür ya da görmək istəmir: “30 ilə yaxın ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü Ermənistan tərəfindən pozulduqda İran müsəlman ölkə Azərbaycana dəstək olmaqdansa, təcavüzkarın yanında oldu. Ermənistan tərəfindən Azərbaycan ərazilərində 67 məscidən 65-i damadağın ediləndə, məhv olanda, məscidlərdə donuz, inək, qoyun saxlayananda, müqəddəs İslam dəyərlərini təhqir ediləndə İran yenə də səssiz qaldı. Əksinə İran bu ərazilərdən özünün çirkin işlərini üçün narkoticarət və qanunsuz nəqliyyat marşurutu kimi istifadə edib. Həmçinin ərazinin talanmasında, bölgədə infrastruktun məhv edilib, talanıb daşınmasında İran aktiv rol oynayıb”.
Deputat bildirib ki, İran I Qarabağ müharibəsinin gedişində də Ermənistana, terroçulara açıq dəstək göstərib: “Əldə edilən faktlara görə ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında ciddi əməkdaşlıq olub. Müsəlman azərbaycanlıların qanına susamış terrorçu qatil, hərbi cani Monte Melkonyanla İran xüsusu xidmət orqanları tez-tez görüşüb. M.Melkonyan onlardam Qarabağda azərbaycanlılara amansızca divan tutulması və ərazilərin işğalı ilə bağlı təlimatlar alırmış. Bununla bağlı ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan öz müsahibə məlumat verib”.
Sevinc Hüseynova vurğulayıb ki, bu gün güclü, regional və qlobal proseslərdə aparıcı mövqe tutan Azərbaycan İran kimi dövlətlərin təxribat xarakterli həmlələrinə layiqincə cavab verməyə qadirdir: “Qardaş Türkiyə ilə bütün məsələlərdə eyni mövqedən müttəfiqlik əsasında çıxış edən Azərbaycan bu gün regionun arxitekturasını dəyişən qlobal layihələrin reallaşması təşəbbüslərini ortaya qoyur. Azərbaycan və Türkiyənin birgə səyi nəticəsində ortaya qoyulan mühüm layihələr bütövlükdə regionda yeni canlanmaya, əməkdaşlığa, sülhə, təhlükəsizliyə, inkişafa xidmət edir. Bunu anlamayanlar sözsüz ki, itirən, uduzan tərəf olacaqlar”.