Ölkəmizdə son illərdə bütün sahələrdə dinamik, ardıcıl islahatlar və dayanıqlı inkişaf tendensiyası müşahidə edilir. Həmçinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma meyilləri güclənib. Prezident İlham Əliyevin rəhərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət iqtisadi, siyasi, hüquqi, demokratik dövlət quruculuğu baxımından ölkəmizin inkişafına ciddi töhfələr verib. Sözsüz ki, Azərbaycanın Cənubi Qafqaz regionun aparıcı dövlətinə çevrilməsində həyata keçirilən məqsədyönlü islahatlar konsepsiyası mühüm önəm kəsb edir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizdə həmçinin siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində mühüm addımlar atılıb: “Bu mənada siyasi dialoqun təşviq olunması istiqamətində dövlətin təşəbbüsləri konstruktiv siyasi münasibətlər sisteminin möhkəmlənməsində ciddi təsirə malikdir. Siyasi sistemin daha da inkişaf etməsi və güclənməsi üçün siyasi münasibətlərdə sağlam müxalifətçiliyin formalaşması vacibdir. Çünki dövlət maraqları, dövlətçilik və müstəqlliyimizlə bağlı məsələlərdə iqtidar-müxalifət mövqeyi olmamalıdır. Təbii ki, bu tendensiya Azərbaycan həmrəyliy əsasını təşkil edən ən vacib amildir. Bu mənada təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın etmək məqsədinə xidmət edir. İndi elə bir mərhələ formalaşıb ki, ictiami-siyasi proseslərdə aktiv yer alan partiyaları cəmiyyət tərəfindən tanınır, qəbul edilir və onlara dəstək var. Hazırkı dialoq mühiti də məhz siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün yaradılan münbit şəraitdir. Dövrün reallığını nəzərə alsaq bəzi siyasi partiyaların öz fəaliyyətlərinə son qoyması ilə bağlı bəyanatları da müşahidə etmək mümkündür. Bu fakt demokratik ölkələrin xarakterinə uyğun bir haldır. Çoxpartiyalı sistemin möcud olduğu ölkələrdə bu hal hər zaman açıq müşahidə edilən bir faktdır”.
Millət vəkili hesab edir ki, siyasətdə aktiv dialoq mühiti demokratik dəyərlərin vacib elementi kimi dəyərləndirilir: “Bu baxımdan da Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşməsinə xidmət edib. Mövcud reallıq və onun yaratmış odluğu mənzərəyə qiymət verərkən ölkədə dialoq təşəbbüsü ilə çıxış edən tərəfin məhz iqtidar olduğunu söyləmək olar. Siyasi dialoqun təşviqi baxımından “Siyasi partiyalar haqqında” yeni Qanunun əhəmiyyəti də xüsusilə ilə qeyd edilməlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir”.
Deputat bildirib ki, “Siyasi partiyalar haqqında” Qanunun layihəsi hazırlanan zaman da ictimai fikrin öyrənilməsi mühüm amil kimi qarşıya qoyulub: “Bununla bağlı Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib. Nəticədə 47 siyasi partiyadan 250-dən çox təklif alınıb. Eyni zamanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin tarixində ilk dəfə olaraq parlamentin saytında rəy və təkliflərin bildirilməsi açıq müzakirəyə təqdim edilib. Həmçinin sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə vacib ictimai dinləmələr keçirilib. Məhz bu ictimai dinləmələrin nəticəsində 70-dək rəy və təklif layihədə nəzərə alınıb. Eyni zamanda Milli Məclisdə komitə və plenar iclaslardan sonra Qanun Layihəsinə 40 əlavə və dəyişikliyin edilməsi mümkün olub. Burada həmçinin Venesiya Komissiyasının tövsiyələri də Qanun layihəsində nəzərə alınıb. Ümumilikdə isə “Siyasi partiyalar haqqında” yeni Qanun kənar təsirlərdən asılı olan radikallar üçün arzuolunmaz bir məsələ olub. Çünki yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə üçün mənfi tendensiyalara birbaşa son qoymuş olub”.
Sevinc Hüseynova vurğulayıb ki, II Qarabağ müharibəsindən sonra ölkə həyatında baş verən dəyişikliklər Azərbaycanda bütün sahələrdə olduğu kimi siyasi sistemin daha da təkmilləşməsinə, yeni konfiqurasiyanın formalaşmasına xidmət edib: “Artıq ölkə həyatında özünə yer tutmuş siyasi partiyalar mövcuddur. Xırda və dövrün qaydaları və prosesləri ilə ayaqlaşa bilməyən partiyalar prosesdən uzaqlaşır və yaxud daha güclü siyasi təşkilatlarla birləşir. Bu mənada Yeni Azərbaycan Partiyasının son Qurultayında özünün bundan sonrakı siyasi fəaliyyətini bu güclü təşkilatla birgə görmək niyyətində olan partiyalar da oldu. Bu artıq yeni bir reallıq idi. Çünki güclü və daha geniş ictimai dəstəyə malik olan partiyalar cəmiyyətin lokomotivi hesab edilir. Ona görə də, Yeni Azərbaycan Partiyası ilə birləşmək qərarı verən siyasi partiyalar yeniləşən cəmiyyətdə formalaşan yeni konfiqurasiyada iştirakları üçün belə bir qərar verib. Bütün bu amillər isə onu deməyə əsas verir ki, Azərbaycanın formalaşmış demokratik imici, çoxpartiyalı və fərqli fikirlər cəmiyyətdə plüralizmin daha da dərinləşməsinə ümumumilikdə inkişaf tendensiyasına müsbət təsir göstərən amillərdən hesab edilir”.