Tarixi Azərbaycan torpaqlarında yəni, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların yenidən öz ata-baba yurdlarına qayıtması onların beynəlxalq hüquq tərəfindən təsbit edilmiş fundamental haqqıdır. Çünki tarixən azərbaycanlılar bu ərazilərin yerli sakinləri olub. Sonrakı mərhələdə Ermənistan rəhbərliyi keçmiş sovet ittifaqının əli ilə azərbaycanlıları öz yurd-yuvalarından zorla deportasiya edib. Məqsəd ərazinin azərbaycanlılardan təmizlənməsi, onların tarixi keçmişinin, izlərinin silinməsi idi. Bu baxımdan da indiki halda Qərbi Azərbaycan İcması adından bütün beynəlxalıq təşkilatlara o cümlədən Ermənistana ünvanlanan haqlı tələblər var. Amma bu tələblər heç də ərazi iddiası ilə bağlı deyil. Ona görə də, Ermənistanın baş naziri Nikol Paşinyan ya çox savadsızdır, ya da o Qərbi Azərbaycan İcmasının Konsepsiyasını oxumayıb. Əslində Qərbi Azərbaycan İcmasının Konsepsiyası dünyanın bütün dillərinə tərcümə edilib. Eyni zamanda Qərbi Azərbaycan İcmasının konsepsiyası dünyanın aparıcı beynəlxalq təşkilatlarına da göndərilib.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O hesab edir ki, bu gün Qərbi Azərbaycan İcması özünün missiya və məramını beynəlxalq ictimaiyyətə bəyan edib: “Vaxtilə indiki Ermənistan ərazisindən yəni, Qərbi Azərbaycandan zaman-zaman zorla deportasiya edilmiş insanlar etnik təmizləməyə, soyqırıma məruz qalıb. Ona görə də, Qərbi Azərbaycan İcmasında cəmləşmiş insanların yenidən tarixi torpaqlarımıza qayıtmaq istəyi birmənalıdır. Beynəlxalq hüquq buna tam təminat verir. Çünki o ərazidən zorla deportasiya edilmiş insanların hüquqları pozulub. Bu açıq şəkildə deportasiya və etnik təmizləmə, mono-etnik bir dövlət yaratmaq ideyasının açıq təzahürüdür. Ermənistan hakimiyyəti bu məsələlərə görə beynəlxalq hüquq qarşısında cavab verməli və Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdıb sülh, təhlükəsiz şəraitdə yaşamasını təmin etməlidir. Bu amil o torpaqlardan köçürülmüş insanların doğma yurdlarına sülh şəraitində, ləyaqətli şəkildə qayıdışını ehtiva edir”.
Deputat deyib ki, olsa bilsin N.Paşinyan ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı anlayışlarını dərk etmir: “Amma N.Paşinyan və Ermənistanda olanlar birdəfəlik dərk etməlidir ki, Qərbi Azərbaycan İcması heç də torpaq, ərazi iddiasında deyil. Biz öz tarixi torpaqlarımızda itirilmiş fundamental hüquqlarımızın bərpasına çalışırıq. Çünki beynəlxalq hüquq və həmin təşkilatların qəbul etmiş olduğu sənədlər var. Qərbi Azərbaycan İcması də məhz bu sənədlərə istinad edir. Vaxtilə öz torpağından zorla qovulmuş insanın haqqıdır ki, yenidən ata-baba yurduna geri dönüb yaşasın. Ona görə də, bunu Ermənistana qarşı ərazi iddiası ilə eyniləşdirmək yanlış təfəkkürün məhsuludur. Bu fakt bir daha erməni zehniyyətının yaratmış olduğu reallığı gündəmə gətirir”.
Eldar Quliyev bildirib ki, indiki Ermənistan yəni, Qərbi Azərbaycanda tarix boyu azərbaycanlılar yaşayıb: “II Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Qərbi Azərbaycan İcması da digər qaçqın və məcburi köçkünlərimiz kimi öz yurd-yuvalarına sülh yolu ilə qayıtmaq niyyətindədir. Buna təminat verəcək beynəlxalq hüquq var. Qərbi Azərbaycan İcması həmin təşkilatlardan da belə bir şəraitin yaradılması ilə bağlı müraciət edilib. Bunun üçün beynəlxalq mexaniz işə düşməlidir. Bununla bağlı konkret hədəflər müəyyənləşib. Azərbaycan dövləti sözsüz ki, heç vaxt öz vətəndaşlarının və soydaşlarının taleyinə biganə yanaşmayıb. Bu yaxınlarda Ankarada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan ərazisində 10 milyon azərbaycanlı yaşayır. 40 milyon azərbaycanlı isə onun hüdudlarından kənardadır. Qərbi azərbaycanlılar da məhz bu mənada tarix boyu indiki Ermənistan adlanan ərazidə yəni, öz ata-baba yurdlarında yaşayıb”.