Son vaxtlar bəzi beynəlxalq təşkilatlar, eləcə də AŞPA, Avropa Parlamenti Azərbaycanla bağlı qərəzlilik və ədalətsizliyi əks etdirən sənədlər qəbul edir. Əslində açıq-aşkar ermənipərəstliyi özündə əks etdirən bu sənədlərin Azərbaycan üçün heç bir əhəmiyyəti yixdur. Sözsüz ki, bu kimi sənədlər bir parça kağız kimi arxivin toz basmış fayllarında qalacaq. Digər tərfədən isə bu kimi təşkilatların belə ermənipərəst mövqeyi ilk dəfə deyil. Azərbaycan xalqı artıq bu cür ikili yanaşmalara alıb.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan xalqı heç vaxt Qarabağ torpaqlarının erməni işğalında qaldığı otuz il ərzində Avropa Parlamentinin, AŞPA-nın eləcə də bəzi beynəlxalq təşkilatların qəbul etdiyi təcavüzkar Ermənistanın mənafeyinə xidmət edən və ölkəmizə qarşı şər və böhtan xarakterli sənədləri unutmayacaq: “Bütün bu sənədlər sözsüz ki, zibilliklərə atıldı. Azərbaycan xalqının qəhrəman oğulları, qalib Ordumuz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad edərək tarixi ədaləti bərpa etdi”.
Deputatın fikrincə, Avropa Parlamentinin erməni zehniyyətli bir qrup siyasətçiləri elə hesab edirlər ki, onların çirkab içərisində olduqlarından heç kəsin xəbəri yoxdur: “Bildiyimiz kimi, Avropa Parlamentinin yunan əsilli vitse prezidentin və bir qrup deputatın çox böyük rüşvət və korrupsiya əməllərinə görə cinayət işi açılıb. Bu azmış kimi bugünlərdə Avropanın ən nüfuzlu mətbuatı olan Şpigeldə Avropa Parlamentinin prezidenti Roberta Metsolanın və adları qeyd edilmiş onunla bərabər 700-də çox Avropa Parlamentinin üzvlərinin rüşvət əməlləri ilə bağlı geniş araşdırma yazısı dərc olunub. Araşdırmaya görə onlara müxtəlif vaxtlarda və görüşlərdə verilən çox bahalı hədiyyələrin mütləq əksəriyyəti qanunvericiliyə görə mütləq deklorasiya olunmalıdır. Belə problemlər onlarladır. Ancaq bu təşkilatlar Azərbaycan kimi müstəqil siyasət yürüdən xalqının milli maraq və mənafeyinə xidmət edən dövlət və dövlət başçılarını qəbul edə bilmirlər. Çünki Avropa strukturlarının əsas idarəedici ölkələr Fransa kimi imperialist dövlətlərdir. Hansı ki, bu ölkələr, xüsusən də Fransa onilliklər boyu Afrikanın bir sıra ölkələrini, bir sıra ada dövlətlərinin milli sərvətlərini talayaraq, onların öz milli dəyərlərindən, hətta ana dilində danışmağı belə qadağan edən qəddar və faşist siyasəti yürüdüblər. Çox təəssüf ki, bu siyasət hələ də davam edir”.
Millət vəkili bildirib ki, bugün Korsiko, Ruanda, Mali kimi onlarla ölkənin xalqları fransız zülmündən, Makron kimi erməni zehniyyətlı siyasətçilərin amansız davranışlarından hələ də əziyyət çəkir: “Fransanın guya müstəmləkə rejimi ləğv olunsa da, hələ də bu ölkələr onun dövlət büdcəsinə pul ödəyir. Bu xalqlar hələ öz ana dillərinsə danışa bilmirlər. Avropa təşkilatlarının bu çirkli siyasətini ört-basdır etmək üçün Azərbaycan kimi ölkələrə şər və böhtan yağdırmaqla diqqəti özlərindən yayındırmağa çalışırlar. Nəzərə alsaq ki, Ermənistana bacı olan Fransanın Avropa Birliyinə rəhbərlik etdiyi son dönəmdə, Makron kimi Türk düşməni və islamofob bir prezidentin dönəmində Azərbaycan düşmənçiliyi daha da artıb. Əslində Avropalı ermənipərəst siyasətçilər anlamalıdırlar ki, Azərbaycan Avropanın 12 dövləti ilə strateji tərəfdaşlıq Sazişi imzalayıb. Bunların arasında İtaliya da var”.
Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün Azərbaycan Avropanın əsas enerji təchizatçılarındandır: “Keçən il Avropa Birliyinin ən yüksək rəhbərlərindən biri olan Ursula von der Leyenin iştirakı ilə Bakıda Azərbaycan-Avropa İttifaqı arasında enerji təminatı ilə bağlı strateji tərəfdaşlıq memorandumu imzalanıb. Bütün bunlar göstərir ki, Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələri ilə çox sıx enerji təchizatı sahəsində ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlığa nalikdir. Avropanın bir sıra ölkələri işğaldan azad edilmiş Qarabağ ərazisində ciddi sərmayə qoyuluşuna başlayıb. Bu mənada Avropa siyasətçiləri, Fransa və onun kimi ölkələrin ermənipərəst dövlət adamlarının və siyasətçilərinin yolu ilə getmək, erməni lobbisinin təsirinə düşmək onlar üçün xeyir gətirməz. Çünki Azərbaycan dostluğa, əməkdaşlığa, işbirliyinə açıq etibarlı tərəfdaş ölkədir. Azərbaycan bölgədə dayanıqlı sülh və inkişaf üçün qarantor rolundadır. Onlar öz imzaladıqları sənədlərə hörmət etməlidir. Sözsüz ki, Avropa Parlamenti, eləcə də başqaları Azərbaycanla bağlı qərəzli sənədləri qəbul etməkdə davam edərlərsə, Azərbaycanın da buna qarşı adekvat cavabı olacaq”.