Müasir dövrümüzdə dünyada hökm sürən qeyri-sabit proseslər və müharibələr fonunda enerji təhlükəsizliyi məsələsi öz prioritetliyini və əhəmiyyətini xeyli artırmışdır. Eyni zamanda dünya dövlətlərinin enerjidən asılılığı və enerjiyə olan təlabatının artması günümüzün reallığına çevrilmişdir. Təqdirəlayiq hal olaraq qeyd etmək lazımdır ki, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsidir ki, bu gün dünya dövlətlərinin enerjiyə olan təlabatının artmasına paralel olaraq ölkəmizin dünyanın enerji təhlükəsizliyi sahəsindəki rolu və əhəmiyyəti artmaqdadır. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrümüzün ən böyük -1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak və çıxış etdi. Çıxış edən ölkə başçımız cənab İlham Əliyev 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışının olacağını və ölkəmizin enerji potensialının əhəmiyyətli dərəcədə güclənəcəyini diqqətə çatdırdı. Daha sonra cənab prezident İlham Əliyev Mingəçevir şəhərinin elektroenergetika sahəsindəki əhəmiyyətindən bəhs edərək bildirdi ki, Mingəçevir şəhəri, xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən Qafqazın enerji mərkəzinə çevrilmişdir. Belə ki, 1976-cı ildə Ümumilli Liderimiz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü əsasında Mingəçevir şəhərində böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirən Möhtərəm prezidentimiz cənab İlham Əliyev hər bir sahədə olduğu kimi enerji sahəsində də bu siyasəti uğurla davam və inkşaf etdirmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Mingəçevir şəhərində 1280 meqavat gücündə elektrik stansiyasının təməlqoyma mərasiminin 2023-cü il – “Heydər Əliyev ili”ndə keçirilməsi böyük rəmzi məna ifadə edən tarixi hadisədir. Daha sonra Ali Baş Komandanımız cənab İlham Əliyev nitqində İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğramış Ermənistanın Azərbaycanın mülki obyektlərini atəşə tutmasını, yüzlərlə yaşayış evinin tamamilə dağıdılmasını, yüzə yaxın dinc insaının həlak olmasını, həmçinin Mingəçevir Elektrik Stansiyasının uzaqmənzilli raketlərlə atəşə tutulmasını xüsusi olaraq qeyd etdi. Möhtərəm prezidentimizin bu nitqi Ermənistanın terror siyasətinin növbəti ifşası olmaqla yanaşı, Ermənistdanda heç bir insani dəyərlərin qalmadığını göstərmiş oldu. Daha sonra cənab Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən enerji siyasəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, Energetika sahəsində İtaliya ilə əməkdaşlıq məsələləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Related Stories
10 Avqust 2024