Fevralın 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova İsveçrə səfiri Muriel Peneveyreni ölkədəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.
Qeyd edək ki, Azərbaycan və İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional və beynəlxalq vəziyyətlə bağlı iş birliyimiz olub.
Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət, bağlantılar, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafını qeyd edən Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynov bu illər ərzində səfirliyin fəaliyyətinə göstərdiyi səylərə görə Muriel Peneveyreyə təşəkkür edib, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edib.
Komitə sədri: “Ümid edirəm ki, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında olan dostluq, əməkdaşlıq əlaqələri gələcəkdə hər iki xalqın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək, daha da güclənəcəkdir”.
M.Peneveyre Azərbaycan və İsveçrə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, bu xüsusda səylərin gücləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, ötən il diplomatik münasibətlərin 30 illiyi tədbirlərini, ikitərəfli komissiyanın işini, yüksək səviyyəli səfərləri məmnunluqla xatırlayıb.