Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva 18-19 may tarixində Tatarıstanın paytaxtı Kazan şəhərində “Rusiya- İslam dünyası” Kazan Forum 2023 Beynəlxalq iqtisadi forumda iştirak edib.
Görüşün ikinci günündə – Rusiya Federasiyasının Məclisi yanında Avrasiya Qadınlar Forumu Şurasının sədri Qalina Nikolaevna Karelovanın moderatorluq etdiyi “Sağlamlığa qənaət texnologiyaları və innovasiyalar Qadınların töhfəsi” adlı paneldə AQSİA sədri Səkinə Babayeva ilə yanaşı Federal Dövlət Büdcə Təşkilatı “Milli Tibb Rusiya Səhiyyə Nazirliyinin Terapiya və Profilaktik Təbabət üzrə Tədqiqat Mərkəzinin direktoru, Rusiya Səhiyyə Nazirliyinin terapiya və ümumi tibbi təcrübə üzrə müstəqil mütəxəssisi Drapkina Oksana Mixaylovna iştirak edib. Həmçinin Moskva şəhərinin “Elmi-Tədqiqat İnstitutu” Dövlət Büdcə Müəssisəsinin direktoru, Səhiyyə təşkilatları və Səhiyyə Departamentinin tibbi rəhbəri Elena İvanovna Aksenova, UNIDO Sağlam Həyat Tərzi Eksperti Al-Kauder Amal da qonaqlar arasında yer alıb. Eyni zamanda BƏƏ-nin Genetik xəstəliklər Assosiasiyasının təsisçisi və sədri Dr. Məryəm Fatma Matar, Bəhreyn Sahibkarlar Komitəsinin rəhbəri Lamiyə Mahmud, RosCongress fondunun səhiyyə üzrə direktorunun inkişaf üzrə birinci müavini Anastasiya Stolkova və Avrasiya Qadınlar Şurasının “Əczaçılıqda Qadınlar” Forumunun layihə koordinatoru Lyudmila Şerbakova iştirakçılar sırasında olub.
Görüşün ikinci günündə həmçinin, Səkinə Babayeva Rusiya Federasiyasının mədəniyyət xadimi, Tatarıstanın dövlət xadimi, UNESCO-nun Tatarıstan üzrə nümayəndəsi və “Kazan Kremli”- Dövlət tarixi memarlıq və incəsənət muzeyi qoruğunun direktoru – Zilya Rahimovna Valeva ilə görüşüb.
Tatarıstan və Azərbaycan qadınlarının qarşılıqlı əməkdaşlığı və buna dövlət dəstəyi haqda mövzuları müzakirələrin olunduğu bu görüşdə gələcək birgə layihələrlə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.