Ölkəmizdə “Heydər Əliyev ili” çərçivəsində müxtəlif səpkili tədbirlər keçirilir. Ulu öndərin həyat və fəaliyyətinə Onun zəngin irsinə bir daha nəzər salınır. Dahi Liderin Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə misilsiz xidmətlərindən bəhs edilir. Bu mənada Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyində mədəniyyət paytaxtı Şuşadan xalqa müraciət etməsi xüsusi rəmzi məna daşımaqla yanaşı dahi şəxsiyyətə olan ən yüksək tərənnümün bariz nümunəsi hesab edilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 30 ilə yaxın erməni işğalında qalan ərazilərimizin Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən azad edilməsi nəhayət tarixi qədim şəhərimiz mənəviyyat və mədəniyyət paytaxtımızın azad edilməsi ilə düşmən döyüş meydanında məğlub olduğunu bəyan edən kapitulyasiya aktına imza atdı: “Məhz 3 il öncə Şuşanın işğaldan azad olunduğunu Azərbaycan xalqına elan edərkən Ala Baş Komandan Prezident İlham Əliyev vurğulamışdır ki, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim…” Bu baxımdan, Ümummilli Liderin 100 illiyində Prezidentin Şuşadan xalqa müraciəti siyasi rəhbərin mənəvi hesabatı olmaqla bərabər, Ulu Öndərin əziz xatirəsinə və eləcə də vəsiyyətinə dərin hörmət və ehtiramın ən ali səviyyədə olan dəyərin bariz nümayişi idi”.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanın bütün bölgələrində silsilə tədbirlər keçirilir: “Dahi liderə xalqımız öz dərin hörmət və ehtiramını ifafə edir. Məhz Prezident İlham Əliyev də xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün istiqamətlərinə diqqət çəkib. Ümummilli Liderin siyasi kursuna uyğun olaraq Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yoluna nəzər salınıb. Ölkə başçısı vurğulayıb ki, 90-cı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafelərini düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos nəticəsində torpaqlarımız da bir tərəfdən erməni işğalçıları tərəfindən təcavüzə məruz qalırdı. O dövr hakimiyyətdə olan qüvvələr isə öz iqtidarlarını qorumaq üçün vətəndaş müharibəsinə belə rəvac verirdi. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmən tərəfindən işğal edilmişdi. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlməsi də təsadüfən baş verən bir hadisə deyildi. Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti isə ölkəni idarə edə bilmir, dövlət xaos içərisində idi. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəətndaş müharibəsinə, qardaş qırğınına son qoyuldu. Bununla da Azərbayan sürətli inkişaf yoluna qədəm qoydu”.
Millət vəkili bu gün müstəqil güclü qalib Azərbaycanın ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu söyləyib: “1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. Məhz Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, Azərbaycan Qarabağı, Zəngəzuru yenidən qursun. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt Azərbaycanın bugünkü iqtisadi qüdrətinin əsasını təşkil edir. Artıq, bütün dünya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qəbul edir. Bu mənada Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır”.
Məlahət İbrahimqızı hesab edir ki, əldə edilən bütün uğurların əsasında ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi kursu və ona sadiqlik dayanır: “Azərbaycan ulu öndər Heydər Əliyev yoluna sadiqliyi nəticəsində dövlət müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etməyə nail olub. Bu gün Azərbaycan Cənubi Qafqazın parlayan günəşidir. Ölkəmiziun iştirakı olmadan bu bölgədə heç bir layihə reallaşmır. Azərbaycan bütün bunların fonunda qlobal miqyasda aparıcı dövlət və etibarlı tərəfdaş kimi qəbul olunmaqla öz mövqeyini gücləndirir. Ölkəmiz BMT-dən sonra dünyada aparıcı təşkilat olan Qoşulmama Hərəkatı kimi aparıcı və nüfuzlu bir təşkilata sədrlik edir. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin strategiyasının uğuru və Prezident İlham Əliyevin praqmatik siyasi-diplomatik məharəti sayəsində mümkün olub. Azərbaycan bu gün 30 il erməni tapdağında qalmış və müharibədə xalqımızın rəşadəti ilə azad edilmiş tarixi torpaqlarımızda böyük quruculuq-bərpa işlərini icra edir. Artıq Qarabağda, Şərqi Zəngəzurda yenidən həyat canlanır”.