Ümummilli Lider Heydər Əliyevin anadan olmasının100 illiyi respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da təntənəli şəkildə qeyd olunub. Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad olunub.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissədən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçiriblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə geniş məruzə ilə çıxış etdi.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.