Ana yurdumuzun təbiətini sevən, ona daim diqqət və qayğı göstərən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Gədəbəy rayonunun meşə təsərrüfatının ərazisində biomüxtəlifliyin zənginləşdirilməsi məqsədi ilə 100 baş Qafqaz qırqovul növünün meşə ərazisinə buraxılmasını həyata keçirilib.
Siyasətinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının və Göygöl Milli Parkının nümayəndələri də iştirak etdilər. Tədbirin təşkili və həyata keçirilməsinə göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə və əməyi keçən bütün şəxslərə öz təşəkkürümüzü bildiririk.