Vətən müharibəsi nəticəsində Azərbaycan yeni bir reallıq yaratmış oldu. Bu reallıq sülhü, əməkdaşlığı təhlükəsizliyi inkişafı ehtiva edir. Bu mənada Azərbaycan dövlətinin işğaldan azad edilən bölgələrdə qısa zamanda görmüş olduğu nəhəng quruculuq-bərpa işləri xüsusi ilə qeyd edilməlidir. Artıq Azərbaycan azad edilmiş bölgələrdə üçüncü beynəlxalq hava limanının inşasını yekunlaşdırır. 30 ilə yaxınm barbar ermənilərin işğalında olan daşı-daş üstündə qalmamış tarixi torpaqlarımzıda bu gün həyat yenidən canlanır.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, artıq “Böyük Qayıdış” konsepsiyasına uyğun olaraq Zəngilanın Ağalı kəndinə və Tərtərin Talış kəndinə soydaşlarımızın əbədi, xoşbəxt yaşamaq üçün geri dönüşü təşkil edilib: “Qısa zamanda Azərbaycan dövləti ekoloji tarazlığı belə pozulmuş bölgədə ağıllı kənd konsepsiyasına uyğun “Ağıllı kənd, “Ağıllı şəhər”layihələrini uğurla icra etməyə başlayıb. Bunun ilk nümunəsi Zəngilanın Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” konsepsiyası oldu. Eyni zamanda digər azad edilmiş bölgələrimizdə də zəruri sosial infrastrukturun, yaşayış komplekslərinin tikintisi yüksək səviyyədə icra edilir”.
Millət vəkili II Qarabağ müharibəsi nəticəsində işğalçı Ermənistan kapitulyasiya aktına imza atmaqla üzərinə götürdüyü öhdəliklərdən biri də Ağdam, Laçın və Kəlbəcərin döyüşsüz təslim edilməsi ilə bağlı olduğunu söyləyib: “Sözsüz ki, Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz döyüş meydanında öz gücü və xalqımızın nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu tarixi qələbə sözsüz ki, digər siyasi reallıqların da təminatı üçün başlıca zəmin yaratdı. Təbii ki, qalib Azərbaycanın döyüş meydanında qazandığı tarixi qələbə hərbi-siyasi müstəvidə də uğurlarının təminatçısı oldu”.
Deputat Böyük Qayıdışa dair I Dövlət Proqramının bütün istiqamətləri üzrə icra olunan layihələrin mahiyyətinə diqqət çəkib: “Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulunun tətbiqi sayəsində yeni bir yanaşma ortaya qoyulub. Bu baxımdan mart ayının 28-də Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi də yeni idarəetmə üsulunun növbəti təzahürü kimi qəbul edilir. Sözsüz ki, Laçında həyata keçirilən bərpa-quruculuq layihələri haqqında ölkə başçısının xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin güclü iqtisadi potensialı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qısa zamanda qayıtmalarını təmin edəcək”.
Məlahət İbrahimqızı Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq hava limanının Laçın şəhərində inşa edildiyini bildirib: “Laçında coğrafi cəhətdən çətin bir relyefdə Azərbaycan dövləti beynəlxalq standartlara cavab verən aeroport inşa etməsi iqtisadi-siyasi gücümüzlə yanaşı əzm və iradəmizin də nümayişi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf konsepsiyası nəticəsində artıq qısa zamanda azad edilmiş bölgələrimizin də cənnət məkan bir diyara çevrilməsi mümkün olacaq. Laçında formalaşan infrastruktur və yeni yaşayış evlərinin tikilməsi bu ilin sonuna kimi keçmiş məcburi köçkünlərin artıq bəlli qisminin öz doğma torpaqlarına qayıdacağını təmin edəcək”.