Hər zaman özlərinin məkirli siyasətlərini həyata keçirən böyük qüvvələr ermənilərin əli bu bölgədə öz maraqlarını təmin etməyə çalışıblar. Məhz Cənubi Qafqaza da ermənilərin köçürülməsi bu məkirli niyyətin nəticəsində mümkün olub. Tarixdə heç vaxt dövlətləri, özlərinə məxsus milli mədəniyyətləri olmayan barbar ermənilər isə köçürüldükləri yerlərdə belə sonradan iddialarla mənimsəmə siyasəti ilə məşğul olmağa başlayıblar. Başqalarına aid olanları öz adlarına çıxmağa çalışan mənfur ermənilər zaman-zaman olduqları bölgədə ərazinin əsl sahiblərinin belə zorla çıxarılması həyata keçiriblər. Bu məqsədlərinə nail olmaq üçün qaniçən ermənilər xalqımıza qarşı qanlı qırğınlar, soyqırım, etnik təmizləmə siyasəti həyata keçiriblər.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, məhz Ermənilər tərəfindən Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirilib: “Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Məhz ermənilər 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayıb. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib”.
Deputat deyib ki, erməni daşnakları tərəfindən bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilib: “1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər məhv qətlə yetirilib. 1948-1953-cü illər sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. Nəticədə azərbaycanlıların 1948-1953-cü illərdə kütləvi şəkildə Ermənistandan tarixi ata-baba torpaqlarından deportasiyası həyata keçirilib. 1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaranıb. Erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmaq üçün çirkin əməllərə əl atıblar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fıziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilib. Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfər xocalı sakini erməni cəlladları tərəfindən amansızcasına qətlə yetirilib”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu uğurlu strategiya və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan bu gün özünün ən qüdrətli dövrünü yaşayır: “Məhz bu reallığın nəticəsi odur ki, Azərbaycan bu gün tarixdə olmadığı qədər güclüdür. Ona görə də, istisadi inkişafa, hərbi gücə xalqın birliyinə əsaslanan dövlətimiz tarix böyu başımıza gətirilən müsibətlərin qisasını döyüş meydanında almış oldu. 44 günlük Vətən Müharibəsində Azərbaycan son 200 illik tarixində ilk dəfə itirmiş olduğu torpaqlarını geri qaytarmağa nail oldu. Döyüş meydanında işğalçı məğlub edilərək kapitulyasiya aktına imza atmağa məcbur edildi. Son 30 ildə xalqımızın başına gətirilən müsibətlər görə, işğalçı Ermənistan döyüş meydanında cavab verməli oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə tarixi ədaləti bərpa etməklə şəhidlərimizin qanını yerdə qoymadı. Sözsüz ki, xalqımız tarixən başına gətirilən bütün müsibətləri unutmur. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini hər zaman əziz tutur”.