Milli Məclisin AŞPA-da daimi nümayəndəliyinin üzvü, millət vəkili Könül Nurullayeva Siyasetinfoya bildirib ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi və “Azərxalça” tərəfindən təşkil edilən Azərbaycan xalçalarının sərgisində iştirak etdik.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç çıxış edərək, sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu bildirib. Açılış mərasimində Bakı xalçaçılıq məktəbinə məxsus bir xalça Avropa Şurasına hədiyyə edilib.