Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Qürurla qeyd edirik ki, bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Xalqın Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi uzaqgörən lider kimi qəbul etməsi onun səmərəli uzunmüddətli fəaliyyətinin nəticəsidir. Yürüdülən məqsədyönlü siyasətin əsas mövqeyi, atılan bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və xalqımızın təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən müəyyən geosiyasi reallıqlardan çıxış edərək demişdir ki, sürətli demokratik yeniliklər cəmiyyətdə yalnız təkamül yolu ilə, mərhələli şəkildə bərqərar ola bilər.
Bunu Siyasetinfoya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan bu gün dünyada çox etibarlı və ciddi tərəfdaş, qalib ölkə olaraq geostrateji mövqelərini xeyli gücləndirərək qlobal siyasi gücə çevrilib. Odur ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeləri xeyli güclənib. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi sadəcə olaraq təqdirəlayiqdir. Bəzi qanunlar 30 illik dövrü əhatə edir. Əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb.
Professor vurğulayıb ki, Dövlətimizin başçısının reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub buna görə də dəyişən qalib ölkənin qanunları həm inkişafda olan dünyaya uyğun olmalı, həm də milli çalarları özündə birmənalı şəkildə göstərib əks etdirməlidir. Xüsusi vurğulamaq lazımdır ki, ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.
Deputat bildirib ki, Qanun layihəsinin hazırlanması zamanı bir sıra yeniliklər-Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyəti, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklifi nəzərdən keçirilib. Qanun layihəsində dinləmələr keçirildikdən sonra Milli Məclisdə komitə və plenar iclaslarda 40-dək əlavə dəyişiklik edilib, təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub. Həmçinin hər kəsin bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olması, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat veriliməsi, Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilməsi və başqa məsələlər qanunun diqqət çəkən məqamlarından olub. Bu gün hamıya aydındır ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Həyata keçirilən əhəmiyyətli islahatların, atılan taleyüklü addımların müsbət nəticələrini şahidi oluruq. Fəxarət hissilə bildiririk ki, Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə bir daha sübut edib ki, O, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir.
Aparılan bütün dəyişikliklər “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda siyasi münasibətlər sisteminə xüsusi töhfə verəcək.