Azərbaycandan demokratik mühit mövcuddur. Hər kəs özünün iradəsini sərbəst şəkildə ifadə edir. İstənilən şəxs hansısa bir siyasi partiyaya üzv ola, özünün siyasi kimliyini ortaya qoymaqda sərbəstdir. Bu baxımdan ölkədə mövcud ictimai-siyasi durum sabitdir. Amma bununla yanaşı ölkədə yeni inkişaf tendensiyalarına uyğun olaraq siyasi sistemin də təkmilləşməyə, müasir dövrün çağırışlarına adekvat olan qanunvercilik bazasının formalaşmasına ehtiyac var idi. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi məhz dövrün tələbi kimi xarakterizə oluna bilər.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra çox böyük inkişaf yolu keçib: “Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı ölkəyə çevrilib. Ərazi bütövlüyümüz bərpa edilib. Ermənistanın 30 ilə yaxın işğalda saxladığı Azərbaycan torpaqları işğaldan azad edilib. 44 günlük Vətən Müharibəsində Azərbaycan döyüş meydanında Ermənistanın işğalçılıq siyasətinə son qoyub. Düşmən məğlub edilib və kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün “Qarabağ münaqişəsi” deyilən bir termin leksikonumuzda mövcud deyil. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur. Azərbaycan 30 ilə yaxın erməni barbarlığının təcavüzünə məruz qalmış ərazilərində böyük quruculuq bərpa işlərini icra edir. Erməni vandallarının basdırdığı minaların təmizlənməsi ilə paralel tarixi torpaqlarımızda böyük bərpa-quruculuq işləri icra olunur. Artıq Böyük qayıdışın ilkin mərhələsinə start verilib. Zəngilan rayonunun Ağalı kəndində müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulan “ağıllı kənd” layihəsinin icrası başa çatıb və buranın əzəli sakinləri öz yurd-yuvalarına qayıdıb. Digər azad edilmiş ərazilərmizdə da geniş vüsət almış işlər ardıcıllıqla davam edir. Bu isə çox qısa zamanda həmin torpaqların da sakinlərinin öz evlərinə qayıdışına təminat yaradır. Bununla yanaşı ölkəmizin digər bölgələrində də inkişaf istiqamətlərinə uyğun işlər uğurla davam edir. Bütün bunlar isə ölkəmizin yeni dövrün çağırışlarına uyğun inkişafını təşviq edir ki, bu mənada siyasi mühitin də aparılan islahatlara adekvat olması zəruru hal kimi ortaya çıxıb. Ona görə də, mövcud vəziyyətə adekvat olaraq siyasi sahədə də islahatların aparılması yeni konfiqurasiyanın formalaşması fonunda qanunvericilik bazasının təkmilləşdirilməsi zəruri idi”.
Deputat bildirib ki, ölkəmizdə artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” qanun 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi: “Bu baxımdan da ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri edirdi. Məhz Milli Məclisdə təmsil siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün parlament sədrinə müraciəti də bu zərurətdən qaynaqlanırdı. Sözsüz ki, “Siyasi partiyalar haqqında” Qanun layihəsi hazırlanarkən Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi rəylər və tövsiyyələr nəzərə alınıb. Bununla yanaşı 24 ölkənin təcrübəsinə nəzər salınıb. Həmçinin 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif və parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təkliflərdə mütləq hal kimi qeyd edilib”.
Aqil Məmmədova görə, Azərbaycanda hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir: “Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Eyni zamanda dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Bununla yanaşı Azərbaycan dövləti siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Bütün bunların fonunda isə siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməsi təşviq olunur. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsi ilə yanaşı qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Sözsüz ki, ölkə Konstitusiyasını və qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə isə apellyasiya məhkəməsi tərəfindən baxılır. Məhz bütün bu mütərəqqi amilləri nəzərə alaraq “Siyasin partiyalar haqqında” yeni qanunun ölkəmizdə formalaşmaqda olan siyasi konfiqurasiyaya adekvat olacağı şübhəsizidir. Bu amillər Azərbaycanda mövcud olan demokratik mühitin daha da dərinləçşməsinə siyasi partiuayaların vətəndaş cvəcmiyyətində rolunun daha da artmasına xidmət edəcək”.