Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.
Siyasetinfo xəbər verir ki, bu barədə məlumatı Leyla Abdullayeva öz tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələr, eləcə də regiondakı vəziyyət müzakirə edilib.