“Qərbi Azərbaycan İcmasının məqsədi etnik azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaq və bu cinayətləri törədənlərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdır”.
Siyasetinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, əsas hədəfimiz öz torpaqlaırndan didərgin düşmüş soydaşlarımızın yurdlarına qayıtmasından ibarətdir:
“İnanıram ki, yaxın gələcəkdə Göyçəyə, İrəvana, Zəngəzura qayıdacağıq”