2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı seçicilərlə növbəti görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiyanın bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq, YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Tədbirdə çıxış edən Məlahət İbrahimqızı, partiyanın seçki platforması haqqında geniş məlumat verib. O, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb.
Məlahət İbrahimqızı yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Çıxışının sonunda deputatlığa namizəd seçiciləri uğurlarımızın davamlı olması üçün YAP-ın namizədinə səs verməyə çağırıb.
Qeyd edək ki, M.İbrahimqızı şəhid ailələləri ilə də görüşüb.