Bugünlərdə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycan və türk dünyası üçün əlamətdar hadisə idi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü keçirilən bu mötəbər tədbir təkcə türk dünyasında deyil eyni zamanda beynəlxalq aləmdə böyük rezonansa səbəb olub. Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirakı ilə keçirilən və bütün tərəflər üçün həm ikitərəfli, həm də çoxtərəfli formatda olduqca böyük önəmə malikdir. Sözsüz ki, heç bir ölkəyəyə və ya quruma qarşı bir pis niyyəti və məqsədi olmayan bu təşkilatın dünyada baş verən geosiyasi proseslər fonunda ancaq Türk dünyasının bu günü və gələcək inkişafına, əməkdaşlığının gücləndirilməsinə, türk dövlətləri və xalqları arasında iteqrasiyanın daha da güclənməsinə xidmət edir. Bu mənada hər zaman olduğu kimi bu prosesə də qısqanclıqla yanaşanlar, mahiyyətini təhrif etməyə çalışanlar da az olmadı.
Bunu Siyasətinfoya Milli Məclisin VI çağırış millət vəkili olmuş Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orbanın Şuşadakı türk Zirvəsinə qatılması Avropa Birliyi daxilində əsassız ittihamların ortaya atılması ilə müşahidə edilib: “Həqiqətən də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel, Almaniyanın Xarici İşlər nazirinin Macarıstanın Baş Nazirinin bu səfərinə qarşı bu dərəcədə gülünc münasibət bildirməsi Avropa Birliyinin eləcə də bu təşkilatın “ağsaqqallarının” və ya “əsas söz sahiblərinin” gizlədə bilmədikləri əsil irqçi mahiyyətini göstərir. Borrel hətta o qədər dözümsüzlük göstərir ki, hətta “X” səhifəsində bəyanat yayır”. Başqa vaxtı demokratiyadan söz azadlığından, dövlətlərin müstəqil qərar vermək prinsiplərindən dəm vuranlar bu gün analoji hadisələrə dözümsüz yanaşır. Azərbaycana qarşı erməni lobbisinin diqtəsi əsasında qurulan bu hücumlar fonunda tarixi Şuşa şəhərində TDT-nin Zirvə görüşünə qarşı aparılan kampaniyanın mahiyyəti tamamilə bəllidir”.
Məlahət İbrahimqızı bildirib ki, Baş nazir Orbanın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Sammitində iştirakı ilə bağlı Avropa Birliyinin ali nümayəndəsinin bəyanatı tamamilə məntiqsiz və birtərəfli yanaşma üzərində qurulub: “Viktor Orbanın iyulun 5-6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısında iştirakı müstəsna olaraq Macarıstanla bu təşkilat arasında ikitərəfli əlaqələr çərçivəsində baş tutub. Eyni zamanda Azərbaycanla Macarıstan arasında münasibətlər yüksək səviyyədədir və strateji tərəfdaşlığa əsaslanır. Bu mənada Avropa İttifaqı tərəfındən Şimali Kipr Türk Respublikası ilə bağlı sərgilənən mövqe tamamilə ədalətsizdir. Həmçinin Almaniya xarici işlər naziri Annalena Berbokun iyulun 8-nə Macarıstana planlaşdırılan səfərini ləğv etməsini də həmin oyunun tərkib hissəsidir. Macarıstan Baş naziri Viktor Orban Moskvaya səfəri Rusiya Prezidenti Vladimir Putinlə görüşünə Avropa Birliyi (AB) Şurasının sədri Şarl Mişel və AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel tərəfindən tənqidi münasibət də birmənalı mövqe ifadə edir. Həmçinin ABŞ hökuməti və NATO da səfərə sərt reaksiya verib”.
Xatırladaq ki, Avropa Birliyinə sədrlik 6 ay müddətinə Macarıstana keçib. Orban bu çərçivədə əvvəlcə Ukrayna, ardınca Rusiyaya səfər edib. Macarıstan lideri Rusiyanın paytaxtına AB sədri kimi gəldiyini söyləsə də, Brüssel bəyanat yayaraq Orbanın dediklərini yalanlayıb. Orban bir neçə gün öncə Ukrayna prezidenti ilə görüşüb, onunla bu mövzuda danışıqlar aparıb. Sonra Şuşada TDT-nin Zirvə görüşündə iştirak edib, Prezident İlham Əliyevlə, digər Türk liderlərlə müzakirələr aparıb.
Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Baş nazir Orbanın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirakı ilə bağlı bəyanatı yayılıb. Bəyanatda iddia edilir ki, Baş nazir Viktor Orbanın iyulun 5-6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısında iştirakı müstəsna olaraq Macarıstanla bu təşkilat arasında ikitərəfli əlaqələr çərçivəsində baş tutub. Macarıstan indi 31 dekabr 2024-cü il tarixinədək Şurada növbəli sədrlik edən Aİ Üzv Dövlətidir. Bu, Avropa Şurası Prezidentinin dövlət və ya hökumət səviyyəsində məsuliyyət daşıyan İttifaqın hər hansı xarici təmsilçiliyini nəzərdə tutmur. İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə nazirlər səviyyəsində ali nümayəndəsi. Macarıstan Türk Dövlətləri Təşkilatı ilə əlaqələri inkişaf etdirmək üçün Aİ Şurasından heç bir mandat almayıb. Avropa İttifaqı Türk Dövlətləri Təşkilatının Kipr türklərinin separatçı qurumu, beynəlxalq səviyyədə tanınmayan “Şimali Kipr Türk Respublikası”nı Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində legitimləşdirmək cəhdlərini rədd edir. Təşkilatın üzvlərinin ratifikasiyasını gözləyən bu qərar təəssüf doğurur və Təşkilatın bir neçə üzvünün ərazi bütövlüyü prinsipinə və BMT Nizamnaməsinə güclü dəstək ifadə etməsi faktı ilə ziddiyyət təşkil edir. Aİ dəfələrlə, o cümlədən ən yüksək siyasi səviyyədə, Aİ-nin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, yalnız Kipr Respublikasını beynəlxalq hüququn subyekti kimi tanıdığını bəyan edib.