Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsinin tarixi hadisə olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi mövcuddur.
Ölkəmizin başçısı da çıxışında əsrlər boyu İran və Azərbaycan xalqlarının bir yerdə yaşayıb-yaratdığını söyləyib. Bunun nəticəsində ölkələr arasında münasibətlər indiki səviyyəyə yüksəlib. Təbii ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə görüşü tarixi hadisə kimi hər iki xlaqın yaddaşına həkk olundu. Bu eyni zamanda iki ölkə sərhəddinin dostluq, gələcəyə yönəlmiş əməkdaşlıq körpüsü olduğunu təsdiq edir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək, əldə edilən nəticələrdə, gələcək planlarda özünü göstərəcək.
Bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bunun mühüm amil olduğunu bildirən ölkəmizin başçısı İran-Azərbaycan dostluğunun önəminin əsas amil olduğunu qeyd edib. Bakı və Tehran bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bu dəstək bundan sonra da davam edəcək. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də Azərbaycan və İran bir-birinə dəstək verir.
Qarabağ və Şərqi Zəngəzurun, Naxçıvan bölgəsinin Azərbaycanda “yaşıl enerji” zonaları olmasına da dövlət başçısı tərəfindən diqqət çəkilib. İranla Azərbaycan arasında elektrik, qarşılıqlı təchizat sahələrində geniş perspektivlər üçün imkanlar açır. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması qarşıda böyük hədəflərin olduğunu göstərir. Həmçinin cənab Prezident Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalması və bunun fonunda beynəlxalq birliyin, xüsusən də ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin fəaliyyətsiz qalmasından bəhs edib. Bildirilib ki, onların məqsədi məsələni həll etmək yox, dondurmaq olub”.
Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü hərbi siyasi yolla təmin edib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyinmi tam təmin edib. Hazırda bölgədə sülh istiqamətində proseslər həyata keçirilir. Azərbaycanın təklifi əsasında Ermənistanla sülh müstəvisində addımlar atılır.
Nübar Ələkbərova
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Novxanı 4 saylı ərazi partiya təşkilatının (Novxanı su bağlar idarəsi) sədri