Azərbaycanla Bolqarıstanın münasibətləri uğurla davam edir və artıq strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Bu münasibətlər əlaqələrin daha da güclənməsinə təkan verir.
Siyasətinfoya xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat haqqında danışarkən söyləyib.
Millət vəkili bildirib ki, iki ölkə arasında əlaqələrin güclənməsinin əsas parometrlərindən biri ticarət dövriyyəsinin artmasıdır: “Sözsüz ki, burada əsas yeri enerji sektoru tutur. Azərbaycan təbii qazının Bolqarıstana ixracı getdikcə artmaqdadır. Artan dinamikaya diqqət etsək, görərik ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faiz deməkdir. Eyni zamanda, Bolqarıstan Azərbaycan qazının tranzitində də əhəmiyyətli rol oynayır. Stabil də etibarlı tərəfdaşlığa dayanan münasibətlər digər ölkələr üçün nümunə ola bilər. Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. “Potensial kifayət qədər genişdir. Nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətidir. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.
A.Məmmədovun sözlərinə görə Azərbaycanın torpaqlarının işğal altında olduğu dövrdə Bolqarıstan hər zaman ölkəmizin əhazi bütövlüyünü fəal şəkildə dəstəkləyib: “Bu cür sağlam və ədalətli mövqe münasibətlərimizin bundan sonrakı inkişafında təməl rolunu oynayır”.
Türküstan