
10 May 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti qarşısına məqsəd kimi qoyub. Eyni zamanda Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması Fondun əsas amalıdır. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Ulu öndər Heydər Əliyevin zəngin irsini təbliğ edən, Onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanaraq həyata keçirilməsidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq digər layihələr həyata keçirir: “Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar sahədə bir çox vacib məsələlərin təşəbbüskarır. Fond təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması sahəsində böyük layihələrə imza atıb. Həmçinin müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi də Fondun başlıca fəaliyyət sahələrindədir. Bu xüsusda Heydər Əliyev Fondu daim uşaqları diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslərinin reallaşmasını nümunə göstərmək olar. Eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. Həmçinin Mehriban xanım Əliyeva və Leyla Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondu tərəfindən uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binası inşa edilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq informasiya və təşviqat kampaniyası faciənin dünyaya tanıdılmasına öz töhfəsini verməkdədir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəblərin yenidən qurulması, tikilməsi işləri də Fondun əsas prinsiplərindən biridir. Heydər Əliyev Fondu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa hər zaman böyük töhfə verib. Bu istiqamətdə gördüyü işlərlə və həyata keçirdiyi təşəbbüslərlə hər zaman beynəlxalq ictimaiyyətin yüksək rəğbətini qazanan Heydər Əliyev Fondu ölkəmizdəki və dünyadakı müxtəlif mədəni, dini abidələrin təmiri və bərpasını həyata keçirir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri Fondun həyata keçirdiyi möhtəşəm layihələrdəndir”.
Millət vəkili bildirib ki, bu bir reallıqdır ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsini özünün əsas fəaliyyət proqramı kimi qəbul edən Fonda 10 may 2004-cü ildən Mehriban xanım Əliyeva rəhbərliyi dövründə olduqca böyük işlər görülüb, möhtəşəm uğurlara imza atılıb: “Vətənpərvərlik, xeyirxahlıq, humanizm, mərhəmət, missiyası ilə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun layihələri hər zaman ictimaiyyətin marağı və sevgisi ilə qarşılanıb. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, gənc nəslin maariflənməsi və dünyada yüksək yerə layiq olması Fondun əsas istiqamətlərindən biriridir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının reallaşması nəticəsində müasir standrtlara cavab verən yeni məktəb binalarının inşasına imkan verib. Məhz bu layihə çərçivəsində paytaxtda və regionlarda dünya standartlarına cavab verən məktəb binaları inşa edilib”. “Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının verilməsi Heydər Əliyev Fondunun zəngin ənənələrindədn bidiridir. 2004-cü ildən başlayaraq Fond hər il şəhid, keçmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini hədiyyə etdiyi çanta və dərs ləvazimatlardı sevindirir. “Təhsil hamı üçün”, “Assosiativ məktəblər”, texniki-peşə sahəsi də Fondun əsas istiqamətlərindədir. Ulu Öndər Heydər Əliyev ideyalarına layiqli xidmət, ölkəmizdə gələcək nəslin təlim-tərbiyəsinin lazımı səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsi və mlli ruha söykənən vətənpərvərlik hissinin güclənməsi Fondun başlıca prinsiplərindəndir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələr də Fondun mənəvi konsepsiyasının mahiyyətindən yarananan amillərdən hesab olunur”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Heydər Əliyev Fondu öz fəaliyyəti çərçivəsində 2020-ci ilin sentyabrında başlanan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində özünün böyük töhfələrini verməklə yanaşı qazilərin, şəhid ailələrinin yardıma ehtiyacı olanların yanında olub: “Daxili və beynəlxalq arenada həqiqətləri çatdırmaq, ölkəmizə, xalqımıza haqq işində dəstək naminə də Fond öz təhfəsini verib. qazanmaq üçün mümkün olan hər şeyi etdi. Fondun əməkdaşları işğaldan azad olunmuş bölgələrdə səfərdə oldular. Fondun prezidenti kimi Mehriban xanım Əliyeva azad olunmuş ərazilərdə olması, erməni vandallarının törətdiyi barbarlığı dünya ictimaiyyətinə çatdırmaq üçün çəkilişlər apararaq özünün sosial şəbəkə hesablarında paylaşması olduqca önəmli idi. Heydər Əliyev Fondunun layihələri insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının cəmiyyətdə daha da möhkəmlənməsinə, habelə cəza siyasətinin humanistləşdirilməsi prosesinə hər zaman öz töhfəsini verib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə 2007-ci ilin may ayında parlamentə təqdim edilən və reallaşan amnistiya aktı layihəsi buna bariz nümunəsi hesab olunur. Fond həmçinin Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə mədəni irs nümunələrinin daxil edilməsi Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsində görülən işlərdəndir. Çox hörmətli Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görüldü. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin bariz nümunəsidir. Milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomunun hazırlanması idi. UNESCO xətti ilə hazırlanmış alboma bu adın seçilməsi bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsusluğunu xarakterizə edir. Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə mütəmadi olaraq Qəbələdə Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirilməsi 44 günlük Vətən müharibəsindən sonra Şuşada Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə keçirilən bu kimi mədəni-kütləvi tədbirlər mövcuddur. Sözsüz ki, Fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir, ümumbəşəri mədəniyyət abidələrinin bərpasında iştirak edir. Məsələn, dost və qardaş Pakistanda təhsil, səhiyyə və humanitar sahələrdə Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələri bölgə xalqı yüksək qiymətləndirir. Pakistanda bir neçə məktəb tikintisi, talassemiya mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması, xeyriyyə tədbirlərinin keçirilməsi Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Sözsüz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Onun ideyalarını təcəssüm etdirən Heydər Əliyev Fondu bundan sonra millli-mənəvi dəyərlərin, mədəniyyətimizin, tariximizin, qorunmasına təbliğinə xidmət etməklə yanaşı xalqımızın da başlıca amallarının reallaşması kimi müqəddəs amallarda hər zaman öncül olacaq”.