Qlobal və regional proseslər, yaranmış olan gərginliklər fonunda Azərbaycan özünün düzgün siyasi strategiyasına uyğun olaraq irəliləyir, inkişaf edir. Fakt bu gün dünyanın iri dövlətlərində belə sabitlik pozulub, müharibə, qarşıdurma, gərginlik hökm sürür. Azərbaycanın yerləşdiyi coğrafiyada da bu hal açıq şəkildə müşahidə olunur. Şimal və cənub qonşularımızda müharibələrin baş verməsi fonunda Azərbaycan bir növ təhlükəsizlik adası kimi xarakterizə olunur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizdə mövcud olan sabitlik, stabillik artıq dünya dövlətləri üçün bir örnəkdir: “II Qarabağ müharibəsi nəticəsində özünün ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin qarantıdır. Amma bütün bunlara baxmayaraq anti-milli qüvvələr yenə də öz ampulasındadır. Xarici dağıdıcı qüvvələrin əlində oyuncaq olan AXCP sədri Əli Kərimov növbəti dəfə kimlərin sifarişi ilə hərəkət etdiyini nümayiş etdirdi. Məhz dağıdıcı anti-milli qüvvələrin Əli Kərimov başda olmaqla aprelin 21-nə mitinq təyin etməsi bu çirkin oyunun tərkib hissəsidir. Əli Kərimov kimi anti-milli ünsürlərin əsl məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq, sabitliyi pozmaq, xarici qüvvələrin ölkəmizə nüfuz edərək istədikləri siyasəti yürütmələrinə şərait yaratmaqdan ibarətdir. Çünki indiki həssas dönəmdə regional və qlobal miqyasda yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına dəvət olunması düşmən dəyirmanına su tökməkdir. Sözsüz ki, anti-milli qüvvələrin planlaşdırılan mitinqi məkrli qrantların sifarişidir. Fakt isə odur ki, indi mitinqdən dəm vuran anti-milli qüvvələr bütün seçkiləri boykot edən, heç bir siyasi prosesə qatılmayan ünsürlərdir. Bu gün radikal müxalifətin fəaliyyəti ancaq sosial şəbəkə üzərində – like formatında müşahidə edilir”.
Deputat bildirib ki, heç bir qanun qaydalara məhəl qoymayan radikal müxalifət aprelin 21-də yenidən mitinqin keçirilməsi barədə bəyanatları və çağırışları məntiqsizdir: “Təbii ki, bu təsadüf deyil. Hesab edirəm ki, radikal Azərbaycan müxalifətin fitnəsi bu günlərdə ABŞ səfirinin qərəzli açıqlaması, Brüsseldə keçirilən ermənipərəst ABŞ, Avropa İttifaqı-Ermənistanın görüşlərinin nəticəsi kimi dəyərləndirilmədir. 44 günlük Vətən müharibəsində və keçən ilin sentyabrında yüksək məharətlə Xankəndi və ətraf rayonlarda həyata keçirilmiş anti-terror əməliyyatından sonra radikal müxalifət antimilli mövqelərinə və fəaliyyətlərinə görə xəcalət çəkməli və iqtidardan üzr istəməli idi. Amma bunun əksinə biz bəzi sosial şəbəkələrdə Azərbaycana düşmən mövqedə olan bir qrup ermənipərəst xarici qüvvə və ölkələrin girovunda olan, çirkli pullarla fəaliyyət göstərən anti-milli satqınların canlamalarını, ölkədə ictimai asayişin pozulmasına yönəlik hansısa fəaliyyət göstərəcəkləri haqda xəbərləri eşidirik. Sözsüz ki, Azərbaycan ictimaiyyətinə milli satqınların məqsəd və məramı çoxdan bəllidir. Bu qüvvələr Azərbaycanın beynəlxalq aləmdə artan imicinin və dövlətimizin güclənməsinin qarşısının alınması üçün hətta düşmənlə, revanşist ermənilərlə işbirliyinə getməkdən utanmır, çəkinmir, usanmır. Dünya qalib ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinə, ölkəmizin sabitlik və təhlükəsizlik məkanı olmasına həsəd apardığı dövrdə Milli Şura və AXCP kimi anti-milli qüvvələr hər vəchlə korluq və karlıq mövqeyi göstərməklə, ictimaiyyətdə narahatçılıq yaratmağa çalışır”.
Millət vəkili hesab edir ki, son vaxtlar ümumiyyətlə, regionda cərəyan edən hadisələr fonunda radikal müxalifətin pozucu fəaliyyət göstərəcəyi gözlənilən idi: “Heç bir dayağa və nüfuza malik olmayan ayrı-ayrı şəxslər guya siyasətdə mövcud olmalarını sübut etmək istəyir. Xaricdən aldıqları qrantlara bəraət qazandırmaq istəyirlər, yeni vəsaitlərin cəlb olunmasını arzu edirlər. Amma hər kəsə məlumdur ki, bundan öncəki tədbirlər kimi, bu mitinq adlı dırnaqarası tədbirin də heç bir nəticəsi olmayacaq. Çünki orada səsləndirilən şüarlar əvvəlki kimi eyni şüarlardır. Azərbaycan xalqı çox gözəl bilir ki, kim, nə ilə məşğuldur? Kimin hansı məqsədi, niyyəti, hədəfləri var? Bu kimi tədbirlərin təşkili siyasi məqsədlərə xidmət edir, ölkədə hərc-mərclik, xaos yaratmaq məqsədi daşıyır. Amma buna nail ola bilməyəcəklər. İllər boyu bu cür tədbirlərin keçirilməsi ilə həmin şəxslər heç nəyə nail olmamışlar. Eyni zamanda, sual olunur ki, əgər siz bu cür siyasi mübarizə aparmaq istəyirsinizsə, ölkənin siyasi meydanında olmaq istəyirsinizsə, sivil qaydada mübarizə aparmaq lazımdır. Niyə aparmırsınız? Bununla bağlı istənilən seçki kampaniyası və tədbirləri zamanı həmin tədbirləri boykot etməklə yenə də bir siyasi xallar qazanmaq istəyirlər. Bu, çox səhv yoldur və təbii ki, istənilən qanunsuz və razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaqdır. Çünki bizim milli qanunvericiliyimiz, o cümlədən “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun və Konstitusiyada müvafiq müddəalar var. Təbii ki, həmin müddəalara əməl edilməsi ən ali vəzifədir və düşünürəm ki, bu cür qüvvələrin qanunvericiliyimizi pozması nəticəsində həm onların özlərinə, eyni zamanda cəmiyyətə böyük zərər gətirir. Amma buna baxmayaraq təbii ki, Azərbaycanın aidiyyati qurumları bununla bağlı cavab tədbirləri görəcək, öz reaksiyasını bildirəcək və razılaşdırılmamış, qanunsuz aksiyalara heç bir halda yol verilməyəcək. Çox təəssüf ki, siyasi səhnədən bir dəfəlik silinməyi zəruri olan Əli Kərimov kimi radikal milli satqınlar ölkəmizin müxalif düşərğəsinin də adına kölkə gətirir. Hesab edirəm ki, bugün ölkəmizdə mövcud olan konstruktiv müxalifət də milli satqınlara öz qəti mövqelərini bildirməlidir”.