Azərbaycan Kooperasiya Universiteti ölkəmizin müstəqillik tarixində özünün dəsti-xətti olan ali təhsil ocaqlarından biridir. Məhz universitet anlayışının yəni, birgəlik, ümumilik, kimi konkret fundamental və tətbiqi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə məşğul olan elm ocaqlarından biri də Kooperasiya Universitetidir.
Azərbaycan özünün təlim və tədris ənənələrinə görə seçilən ölkələrdəndir. Tariximizin qədimliyi, xalqımızın öyrənib-öyrətmək imkan və qabiliyyətləri hər zaman yüksək olub. Hətta qədim dövrdə ümumi biliyin saxlanması və tətbiqi üçün cavabdeh olan, xalqın elitar qrupunun təhsili fərdi şəkildə üzə çıxıb. Bir sözlə məktəb mədəniyyətinin başlanğıcında təsadüf olunan bu hal qədim dövlətlər üçün də xarakterik idi.
Amma çox təəsüf ki, biz müasir dövrdə hələ də elm ocağı, öyrədən və öyrədilən anlayışına bəzilərinin necə “yanaşdığının” şahidi oluruq. Bəli, bəziləri məhz öyrədilərək cəmiyyətə, dövlətə xalqa, şəxslərə, elm ocaqlarına, ümumi anlayışlara, fundamental dəyərlərə qarşı çıxır. Bu günümüzün reallığıdır. Çünki insan psixologiyası bəzən bu halları özündə ehtiva edən varlıqların təzahüründə təcəlli edir. Elə bu günlərdə Kooperasiya Universiteti haqqında çıxan yalan və uydurma xəbər kimi…
Elm, tədris, tərbiyə və gələcək üçün kadr hazırlayan bir müəssisəni sosial şəbəkələrin xəbər axınına “qurban” vermək də son dərəcədə ağılsızlığın, məkirli niyyətin göstəricisi idi.
Fakt isə odur ki, kimlərsə və bəziləri davamlı olaraq Kooperasiya Universitetini və ali təhsil ocağının rəhbərliyini hədəfə alır. Bu ya sifarişdir, ya da ki, qərəz. Yəni, ilin günün bu vaxtı hansısa ağzı qara “təhsil ekspertinin” yerindən durub sosial şəbəkə seqmentində Kooperasiya Universitetinə daş atması onun mahiyyətindən xəbər verir. Hüququ bilən adam isə qanunları və məsuliyyəti dərk edir. Belə çıxır ki, hüquq qanun-qayda bilməz hansısa bir geri zəkalı uzun illərin ali təhsil ocağı haqqında ağzına və ağlına gələni deyəcək…
Belə bir dünya yoxdur. Azərbaycan hüquq dövlətidir.
Tapdıq Qurbanlı