
Təhsil cəmiyyətin formalaşmasında, müdrik kadrların hazırlanmasında və ən önəmlisi dövlətin inkişafında əhəmiyyət kəsb edən vasitədir. Cəmiyyətin inkişafı onun təhsil səviyyəsindən asılıdır. Belə ki, təhsil insanı yetişdirir və onu xarici mühitə hazırlayır. Fərd təhsil vasitəsilə formalaşır, müəyyən dəyərləri dərk edir və cəmiyyətə özünü uyğunlaşdırır. Təhsil vasitəsilə bu dəyərləri dərk edən insan cəmiyyətin və dövlətin iqtisadi, mədəni, sosial, elmi cəhətdən inkişafını təmin edir. Bu fikrlərin əksini düşünsək, təhsilsiz cəmiyyət ağlasığmazdır. Çünki təhsil olmayan cəmiyyət xarici dünyadan geri qalır. Belə cəmiyyət xarici təsirlərə daha tez məruz qalır və öz tarixini, milli ənənələrini, dəyərlərini dərk etmir. Bu isə bir cəmiyyətin məhv edilməsi üçün əsas vasitələrdən biridi. Çünki cəmiyyət öz dəyərlərini dərk etməsə digər cəmiyyətlərdən asılı ola bilər. Bir sözlə, təhsil cəmiyyətin inkişaf etməsində, mütərəqqi fikrlərə malik olmaqda, bir fərdin şəxsiyyət kimi yetişməsində həmçinin vətəndaşın öz bilik və bacarlıqları ilə dövləti möhkəmləndirməsində çox mühüm şərtdir
Dahi şəxsiyyət, böyük sərkərdə, vətənpərvər insan, millətini hər zaman uca tutan Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təhsilinin inkişafına böyük töhfələr vermişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli dəyərlərinə, ənənələrinə böyük hörmətlə yanaşaraq əbədiyyətə qovuşdu. Bu gün xalqımız qürur hissi ilə Heydər Əliyevi yad edir. Heydər Əliyev hər zaman xalqının taleyini düşünən, onu inkişaf etdirən və bütün milli dəyərlərə önəm verən nəcib və uzaqgörən bir şəxsiyyət idi. O, millətin gələcəyi üçün hakimiyyətə gəldiyi ilk gündən həm iqtisadi, siyasi, mədəni, elmi həm də xalqın sosial həyatında böyük islahatlar həyata keçirmişdir. Müdrik liderimiz Heydər Əliyev xalqın təhsilinə olduqca diqqət yetirmiş və onun formalaşmasına xüsusi qayğı göstərmişdir Aydındır ki, Heydər Əliyev SSRİ dövründə,ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış və təhsillə bağlı ciddi islahatlar həyata keçirmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu qərarların həyata keçirilməsi nəticəsində minlərlə azyaşlı təhsilə cəlb olunmuşdur. Məlumdur ki, Sovet Azərbaycanının mövcud olduğu 70-ci illərdə orta ümumtəhsil məktəblərinin dərslik vəsaitləriylə təmin edilməsi aşağı səviyyədə idi. Heydər Əliyev təhsili xüsusi diqqət yetirdiyi üçün bu məsələyə də biganə qalmamış və 1978-ci ildən şagirdlərin dərsliklərlə pulsuz təminatının əsasını qoymuşdur. Həmçinin o, Sovet Azərbaycanında hakimiyyətdə olduğu müddətdə orta ümumtəhsil məktəbləri açdırmış və onların fəaliyyətinə xüsusi diqqət yetirmişdir. Həmin illər ərzində 350 mindən çox şagird yeri olan 849 məktəb inşa edilib istifadəyə verilmişdi. 1980-ci ildə respublikada ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sayı 710 minə çatmışdı ki, bu da 1970-ci illə müqayisədə təxminən iki dəfə artıq idi. Həmçinin Heydər Əliyev ötən əsrin 70-80-ci illərində 5 yeni ali təhsil müəssisəsi açılmış və təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Heydər Əliyev Azərbaycan qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir: “Biz müstəqil dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkminləşdirəcək”. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının müstəqilliyi dövründə də təhsil sahəsinə biganə qalmamışdır. “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, – deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Müdrik lider Heydər Əliyev xalqın təhsili barədə bir sıra addımlar atmış və sərəncam vermişdir. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 1999-cu il 15 iyunda Heydər Əliyevin verdiyi sərəncama əsasən təhsil sahəsində uğurlu addımlar atılmışdır. Həmçinin Heydər Əliyevin 2002-ci il oktyabrın 4-də imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bundan başqa Azərbaycan Respublikasında təhsilin inkişafı və Azərbaycan gənclərinin gələcəyi üçün bir sıra dövlər proqramları qəbul edilmişdir. 2003-cü ildə yeni ali təhsil ocaqlarının açılması, mövcud olan məktəblərin və umiversitetlərin təmiri, həmçinin universitet və məktəblərin yeni texnoloji avadanlıqlarla təsis olunması barədə dövlət proqramı qəbul edilmişdir. Məlumdur ki, Heydər Əliyev gənclərin təhsilinə və onların bu sahədə inkişafına böyük diqqət yetirirdi. Bu səbəbdən gənclərin yüksək dərəcəli biliklərlə təsis edilməsi üçün gənclərimizin xarici ölkələrə səfəri təşkil olunurdur. Heydər Əliyevin təhsil sahəsində yeritdiyi uzaqgörən siyasətə əsasən hal-hazırda ölkədə təhsil yüksək dərəcədə inkişaf etmiş və gənclərimiz bu siyasət nəticəsində Azərbaycan Respublikasına mühüm töhvələr vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev laiqli şəkildə davam etdirir. Həmçinin Prezident İlham Əliyev qeyd etmişdir: “Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”. İlham Əliyev, Azərbaycan prezidenti kimi Heydər Əliyevin təhsil siyasətini möhkəmləndirərək, ölkədə təhsilin keyfiyyətini və əhatəsini artırmağa nail olur. Bu məqsədlə tədris proqramları müasir tələblərə cavab verir və texnologiyalardan geniş şəkildə istifadə edilir. İlham Əliyev hökuməti, beynəlxalq təhsil müstəqil kampuslar və tədqiqat mərkəzləri təsis edərək, elmi potensialın inkişafına dəstək verir. İlham Əliyev, təhsil sahəsində peşəkar inkişafı dəstəkləyir və müasir peşələrin formalaşmasına qayğı göstərir. Həm də ali təhsil müəssisələrinin infrastrukturunu gücləndirir və beynəlxalq əməkdaşlığı təşvik edir. Bu çabalarla, Azərbaycan təhsil sahəsində müstəqil və maraqlı bir inkişafın qabaqcıl ölkələr sırasında yer alır. Yeni gənc nəslin təhsil sahəsində yetişməsi, Azərbaycanın dünya miqyasında təhsil sahəsində uğurla təmsil olunması və Vətən müharibəsində qələbədə təhsil və təhsilli gənclərin rolu əsassız bir kombinasiyadır. İlham Əliyev hökuməti, bu müqayisədə əsaslı addımlar ataraq, yeni nəslin beynəlxalq standartlara cavab verən bir təhsil almasını təmin edir. Gənclər müasir tədris proqramları və texnologiyalar üzrə fokuslanan təhsil sistemində yetişir və beynəlxalq təhsil müstəqil kampuslar vasitəsilə dünya standartlarına nail olurlar. Bu, Azərbaycanın təhsil sahəsində dünya miqyasında uğurla təmsil olunmasına səbəb olur. Vətən müharibəsində isə təhsilli gənclər ölkələrin müdafiəsində və inkişafında əhəmiyyətli bir rola sahibdir. Hökumət, təhsilin möhkəmləndirilməsi üçün tədbirlər görməklə yanaşı, milli dəyərləri və Vətən sevgisini təşviq edən proqramlar təşkil edir. Təhsilli gənclər, təcrübə və bacarıqlarını ölkələrinin inkişafına həsr edir və müstəqil olaraq dünya miqyasında Azərbaycan Respublikasını təmsil etməyə rəhbərlik edirlər.
Fəridə Səfərova
“Azərbaycan Respublikası Prezidentinin yanında
Dövlət İdarəçilik Akademiyası”nın 2-ci kurs tələbəsi